Türkiyədə kontakt linzaların internet üzərindən satışı ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Sherg.az xəbər verir ki, "Rəsmi Qəzet"də dərc olunan "Tibbi Cihazların Satışı, Reklamı və Tanıtımı haqqında Əsasnamə"yə edilən dəyişikliklərə əsasən, reseptlə satılan kontakt linzaların müəyyən şərtlər daxilində internet saytları vasitəsilə satışına icazə verilib.
Yeni qaydalara əsasən, reseptlə satılan kontakt linzalar yalnız Türkiyə Dərman və Tibbi Cihazlar Qurumunun (TİTCK) icazə verdiyi internet saytları vasitəsilə onlayn satıla biləcək. Satış yalnız etibarlı həkim resepti əsasında həyata keçiriləcək.
Bundan əlavə, TİTCK internet üzərindən satış üçün icazə vermək səlahiyyətini müvafiq regional qurumlara həvalə edə biləcək.
Yeni tənzimləmə iyulun 3-dən etibarən qüvvəyə minib.