Miqrendən necə qurtulaq? – Həkimdən izah
Yusif Nəzərli
10:36 01.02.2022
Sağlamlıq
801
Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəlik kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 7 faizi miqrendən əziyyət çəkirlər. “Sherg.az”ın məlumatına görə “Turan Hospital”ın həkim-nevroloqu Ruhiyyə İbrahimli xəstəlik haqqında “Günə Doğru” verilişinə açıqlama verib:
“Miqren xəstəliyi özünü 30 yaşa kimi göstərir. Erkən yaşlarda başlayır. Cinsi yetişkənlik dövründə özünü daha qabarıq göstərir. Yaş artdıqca miqren tutmalarının sayı azalır. Lakin bəzən qocalıq dövrünə qədər uzana bilir.
Bir tərəfli, pulsasiya edən baş ağrıları varsa və ağrı şiddəti bir neçə dəqiqədən bir neçə saat müddətdə artırsa, səhərlər yuxudan oyananda tutmalar zamanı ürəkbulanma, qusma müşahidə olunursa, fiziki aktivlik vaxtı ağrı şiddətinin artması hesabına əmək qabiliyyəti enirsə, deməli sizdə miqren xəstəliyi vardır.
İsti, soyuq, cinsi yetişkənlik dövrü, uzun müddət ac qalmaq, yuxusuzluq, menstruasiya və menepauza dövrü xəstəliyi şiddətləndirir. Bir sıra məhsulları qida rasionumuzdan çıxartmalıyıq. Pendir, bəzi sitrus meyvələri, duza qoyulmuş tərəvəzlər, şokolad, banan, ovakado və s”.
Nevroloq miqrenin müalicə yollarını vurğulayıb:
“Profilaktik müalicə apardıqda tutmaların sayını azaltmış oluruq, bəzən tamamilə yoxa çıxartmaq mümkündür. Tutmalar dövründə xüsusi seçim preparatlarını pasientlərə təyin etməklə ağrı şiddətini azaldırıq, yaxud ağrının itməsinə nail ola bilirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı