
Mütəxəssis: Qida əlavələri maddələr mübadiləsinə və immun sistemimizə mənfi təsir göstərir
10:39 30.04.2025
Sağlamlıq
405
Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.
Bakupost.az xəbər verir ki, bu məhsulların praktikliyi və cəlbedici görünüşü diqqət çəksə də, onların sağlamlıq üçün potensial təhlükə mənbəyi olduğu unudulmamalıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, marketlərdən alınan bu məhsulların etiketləri çox zaman diqqətdən kənarda qalır. Halbuki həmin etiketlərdə qeyd olunan kodlar, yəni "E" indeksli qatqılar insan sağlamlığına ciddi zərər verə bilər.
Kodların hər birinin öz mənası var. Onlar rəngləndirici, durulaşdırıcı, eyni zamanda həcmverici funksiyasını daşıyır. Qida üzrə ekspertlər deyirlər ki, istisna rəqəmlər var ki, həmin rəqəmlərin olduğu məhsulları qəbul etmək hətta xərçəng xəstəliyinə səbəb olur.
Kodlar Avropa İttifaqının qidalara verdiyi kod sisteminin başlanğıcıdır. Şifrələrin 100-dən 1500-ə qədər davam etməsinə baxmayaraq, hamısı zərərli hesab edilmir. Amma sintetik mənşəli qida əlavələri var ki, bəzi ölkələrdə istifadəsi qadağan edilib.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qidalara qatılan əlavələrin normaları adıçəkilən qurumun 42 saylı Kollegiya Qərarı ilə tənzimlənir. Qərara əsasən, yalnız uşaq qidalarında əlavə qatqıya icazə verilmir.
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov Sherg.az-a söyləyib ki, rəflərdə tez-tez rast gəlinən, uzunömürlü adı ilə satılan hər cür hazır məhsul insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə yaradır:

“Bu məhsullaın tərkibində olan qida əlavələri orqanizmdə maddələr mübadiləsinə və immun sistemimizə mənfi təsir göstərir. Bu maddələr genetik quruluşumuzu zədələyir və bir çox sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də azyaşlıların inkişafına mənfi təsir edərək uşaq orqanizmini zəiflədir və hər cür xəstəliyə zəmin yaradır. İmmuniteti zəiflədir, xərçəng yaradır, piylənməyə və hər cür xroniki xəstəliyə səbəb olur”.
Bəs həmin qida əlavələri nədir ?
Ekspert qeyd edib ki, qida əlavələri tək qida kimi istehlak edilməyən və qidalar üçün xam və ya köməkçi material kimi istifadə olunan maddələrdir:
“Bu maddələr emal və ya istehsal zamanı heç bir qida dəyəri olmayan və ya seçilmiş texnologiya ilə tələb olunan qidalara əlavə edilir. Qida əlavələri çox vaxt qidaların raf ömrünü uzatmaq, dadını artırmaq, rəngini qorumaq və ya teksturasını yaxşılaşdırmaq üçün tədbiq olunur. Bisfenol-A, nitrat, nitrit, natrium sulfit, karamel, aspartam, monosodium qlutamat, formaldehid, qarğıdalı siropu, qarğıdalı nişastası, fruktoza, kalium bromat, titan dioksid, trans yağları və ya bitki yağları və.s kimi kimyəvi maddələr və qida əlavələri bu cür hazır qidaların tərkibində vardır”.
Bəs onlar necə təsir göstərir?
F.Səfərovun sözlərinə görə bəziləri ən məşhur hormon estrogen kimi hərəkət edə bilər, həmçinin, konservant, rəngləndirici və ləzzət artırıcı kimi istifadə olunur:
“Daha sonra, konservant kimi pendir, saqqız, dondurma, meyvə şirələri, peçenye kimi məhsullarda olur. Bəziləri dərmanların tərkibində olur, allergen və zəhərli bir maddə kimi təsir göstərə bilir. Aspartamın tərkibində fenilalanin adlı sintetik amin turşusu var və tibb, pəhriz qidaları, souslar, ketçup, şokoladın tərkibində olur. E621 və ya monosodium qlutamat(çin duzu)kimi tanınan kimyəvi maddə fast food qidaların, ketçup, siropların tərkibində dadlandırıcı kimi istifadə olunur. Bu siyahını bir xeyli uzatmaq olar. Bizim üzərimizə düşən bir vəzifə var, maariflənmək və maarifləndirmək. Hazır qidaların tərkibində olan əlavələrə diqqət yetirmək, mümkün qədər təbii və sağlam qidalanmağa çalışmaq lazımdır. Aldığımız hər bir məhsulun üzərində olan etiketi diqqətlə oxumaq vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm