Narkoloq: İstənilən alkoqol artıq çəkiyə səbəb olur

Alkoqol insanın artıq çəki almasına səbəb olan amillərdən biridir.

Sherg.az xəbər verir ki, narkoloq Marina Alekseyeva bu barədə “Gazeta.Ru”ya açıqlamasında danışıb.

“İnsandan nə səbəbdən kökəldiyini soruşsanız - iki qədəh şərabdan, yoxsa axşam çoxlu yeməkdən, insanların əksəriyyəti birinci variantı seçəcək. Lakin praktikada məhz alkoqol insanın əvvəlkindən xeyli çox yeməsinə səbəb olur”, -deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, etil spirti özü də yüksək kalorilidir, lakin əsas problem insanın özünə nəzarəti itirməsidir.

Alekseyeva qeyd edib ki, spirtli içkilər beyində toxluq hissinə cavabdeh olan mərkəzlərə təsir göstərir. Alkoqol qidalanma davranışını dəyişir və məclisdən sonra insanlar daha çox yağlı və duzlu qidalara üstünlük verirlər.

Life.ru yazıb ki, alkoqol asılılığının əsas narahatedici əlaməti insanın peşəsi və ya hansı növ içki qəbul etməsi ilə deyil, seçim azadlığını itirməsi ilə bağlıdır. Alkoqolsuz axşam insanda qıcıqlanma yaradır, spirtsiz istirahət natamam görünür, içkiyə fasilə vermək cəhdi isə daim təxirə salınır.