Vaksin istehsal edən ölkələr formulu açıqlamaqla da pul qazana bilər. Azərbaycan bununla bağlı beynəlxalq qurumlara müraciət etsə, yaxşı olar. Mətbuatdan oxuduğum məlumata görə, dünən 365 nəfər vaksin olub. Onun 3 nəfəri isə ikinci mərhələdə vaksin olunandı. Bu məsələni diqqətdə saxlamalıyıq. İnsanlar vaksin olunmaq istəmir, yoxsa yetərli vaksin yoxur? Nədir bunun səbəbi? Yaş həddini bəlkə aşağı salmalıyıq. Hələ vaksinlərlə bağlı ilkin iş aparıldığı dövrlərdə səhiyyə qurumları deyirdi ki, dünyanın aparıcı ölkələri ilə vaksin almaqla bağlı danışıqlar aparır. Amma sonra gördük ki, bu, belə deyilmiş. Yaxşı olardı ki, Milli Məclisdə bununla bağlı dinləmə keçirilsin”.
Nə baş verir? - Bir gündə cəmi 365 nəfər peyvənd olub
Turan
05:32 28.04.2021
Sağlamlıq
615
Millət vəkilləri narazıdır, vaksinləşmə prosesi çox ləng gedir
“Ölkədə vaksinləmə prosesi çox ləng gedir”. Bunu Milli Məclisin dünənki iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, ötən gün Prezident İlham Əliyev beynəlxalq tribunada çıxış etdi və koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən, peyvəndlərin bölgüsündəki ədalətsizlikdən danışdı: “Dünyanın inkişaf etmiş ölkələri vaksinlərin hazırlanması formulunu açıqlamır. Bundan pul qazanmaq istəyən dövlətlər, insanlar var. Bu, təəssüf doğurur.
Vaksin istehsal edən ölkələr formulu açıqlamaqla da pul qazana bilər. Azərbaycan bununla bağlı beynəlxalq qurumlara müraciət etsə, yaxşı olar. Mətbuatdan oxuduğum məlumata görə, dünən 365 nəfər vaksin olub. Onun 3 nəfəri isə ikinci mərhələdə vaksin olunandı. Bu məsələni diqqətdə saxlamalıyıq. İnsanlar vaksin olunmaq istəmir, yoxsa yetərli vaksin yoxur? Nədir bunun səbəbi? Yaş həddini bəlkə aşağı salmalıyıq. Hələ vaksinlərlə bağlı ilkin iş aparıldığı dövrlərdə səhiyyə qurumları deyirdi ki, dünyanın aparıcı ölkələri ilə vaksin almaqla bağlı danışıqlar aparır. Amma sonra gördük ki, bu, belə deyilmiş. Yaxşı olardı ki, Milli Məclisdə bununla bağlı dinləmə keçirilsin”.
Deputat Fəzail Ağamalı da həmkarı ilə razılaşıb və qeyd edib ki, həqiqətən ölkədə vaksinləmə prosesi çox ləng gedir: “Vaksinləmə prosesi çox aktual məsələdir.
İnsanlar arasında vaksinlə bağlı maarifləndirmə işini sürətləndirmək lazımdır. Medianın üzərinə bu sahədə böyük yük düşür. Xüsusən, televiziyalar əhalinin bilgiləndirilməsi üçün ciddi səy göstərməlidir. Müvafiq dövlət qurumları da bu məsələdə məsuliyyətli olmalıdır. Mən hesab edirəm ki, vaksinin vurulması məcburi olmalıdır. Elə etməliyik ki, böyük əksəriyyət vaksinləmə prosesindən keçsin”.
Millət vəkili Əhliman Əmiraslanov isə bildirib ki, heç bir ölkədə vaksinləmə məcburi deyil, bu proses könüllü həyata keçirilir.
Parlament sədri Sahibə Qafarova da vaksinləmənin aktual məsələ olduğunu deyib. Sədr vurğulayıb ki, deputatlar bu işdə fəal olmalıdır: “Hər bir deputat seçildiyi dairədə görüşlər zamanı vaksinlə, vaksinasiyanın vacibliyi ilə bağlı söhbətlər aparmalıdır”. Sədr bildirib ki, müvafiq qurumlar da bu məsələyə çox ciddi yanaşmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi