
“Omikron” Azərbaycanın da “qapısını döyə bilər”: “Yenidən qapanmalar...”
Yusif Nəzərli
13:34 29.11.2021
Sağlamlıq
852
Koronavirusun Cənubi Afrikada meydana çıxan “Omikron” ştammı artıq bir sıra ölkələrə nüfuz edib. Bəzi ölkələr yenidən sərhədlərini gediş-gəlişə bağlayıb. Bu addımı atan ilk ölkə isə İsrail olub. Xarici ölkə vətəndaşlarının İsrailə girişinə iki həftəlik qadağa qoyulub. Bununla belə, hökumət komissiyasından xüsusi icazə almış əcnəbilər ölkəyə daxil ola biləcəklər. Bundan başqa, İsrailin hakimiyyət orqanları ölkə vətəndaşlarının koronavirus testinə cəlb olunması ilə bağlı qaydaları bir az sərtləşdirib və infeksiyaya yoluxmuş şəxslərin hərəkətinə nəzarəti gücləndirib. İsraildən sonra Oman, Küveyt və Səudiyyə Ərəbistanının hakimiyyət orqanları da yeni növ koronavirusun aşkarlanması ilə əlaqədar bir sıra Afrika ölkələri ilə qarşılıqlı təyyarə uçuşlarını dayandırdıqlarını elan ediblər.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bazar günü bəyan edib ki, krallıq koronavirusun “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq Anqola, Zambiya, Mavriki, Madaqaskar, Malavi, Seyşel və Komor adalarına uçuşları dayandırır. Bu ölkələrin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi də qadağan edilib. Oman hakimiyyəti bazar günü Botsvana, Zimbabve, Lesoto, Mozambik, Namibiya, Esvatini, Cənubi Afrikadan bu ölkəyə girişi dayandırmaq qərarına gəlib. Qadağa Oman vətəndaşlarına, diplomatlara və tibb işçilərinə şamil edilməyəcək. Küveyt hakimiyyəti də bazar günündən etibarən Botsvana, Zambiya, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Esvatini və CAR-a sərnişin reyslərini dayandırır. Hökumətin sözçüsü Tarik əl-Müzrimin sözlərinə görə, həmin ölkələrdən qayıdan vətəndaşlar yalnız 14 günlük karantindən sonra Küveyt ərazisinə daxil ola biləcəklər. Maldiv adaları da koronavirusun yeni ştammı “Omikron”la bağlı narahatlıq fonunda yeddi Afrika ölkəsindən gəlişlərə məhdudiyyət tətbiq edib. Yerli “Sun Online” qəzeti xəbər verir ki, şənbədən bazara keçən gecə Maldiv adalarının İctimai Səhiyyə Məsələləri üzrə Agentliyinin Baş Direktoru M. Əbubəkr tərəfindən imzalanmış fərmanla Cənubi Afrika, Namibiya, Mozambik, Lesoto, Botsvana, Zimbabve və Esvatinidən giriş yasaqlanıb. Bu qərar Maldiv adalarına getməzdən əvvəl 14 gün ərzində bu ölkələrdə olmuş səyahətçilərə aiddir.
Bu ştamm ölkəmizdə də insanlar arasında təşvişə səbəb olub. Maraqlıdır, yeni ştammın ölkəmizə gəlmə ehtimalı nə qədərdir? Belə olduğu halda yenidən qapanmalara gediləcəkmi ?

Mövzunu “Sherg.az”a şərh edən həkim-allerqoloq Şahvələd Məmmədov “Omikron”un sürətlə yayılan ştammlardan biri olduğunu bildirib:
“Başlanğıcını Afrika ölkələrindən götürən bu növ artıq Rusiyada da aşkarlanıb. Təbii olaraq bundan sonra ətraf ölkələrə də yayılacaq. Hazırda o qədər də təşvişə düşməyə gərək yoxdur. Amma qorunma vasitələrindən maska, spirt və s.-dən istifadə yenə də mütləqdir. Gigiyenik qaydalara ciddi əməl olunmalıdır”.
Həkim-allerqoloq qabaqlayıcı tədbirlər görüldükdə pandemiyalar idarə olunan hala keçdiyini vurğulayıb:
“Bugünkü gündə pandemiya idarə olunan şəraitdədir. Qonşu ölkələrlə müqayisədə bizim durumumuz stabildir. Dövlət tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülür. Ancaq insanların özlərində sanki bir arxayınlaşma yaranıb. Qorunma vasitələrindən istifadə etməkdə yayınma halları müşahidə olunur. Xüsusilə kütləvi toplantı yerlərinə gedərkən ehtiyatlı olmaq lazımdır”.
Ş.Məmmədov sonda “Omikron” ştammının aşkarlandığı və yoluxama hallarında artımın müşahidə olunduğu təqdirdə yenidən qapanmaların ola biləcəyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya