
Omikronun pik göstəriciləri qabaqdadır:“...Qapanmalar ola bilər”
Yusif Nəzərli
14:13 01.02.2022
Sağlamlıq
493
Son günlərdə əksər ölkədə, eləcə də, Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Dünyada koronavirusa yoluxanların sayı 380 milyona yaxınlaşıb, həyatını itirınlərin sayı 5 isə milyonu ötüb. Yoluxma sayındakı kəskin artım əhalini narahat edir. Bəzi ölkələr artıq müəyyən qapanmalar tətbiq ediblər. Maraqlıdır, Azərbaycanda da karantin qaydaları sərtləşdirilə bilərmi?

Sualımızı cavablandıran həkim-infeksionist Nicat Əzimli “Sherg.az”a bildirib ki, pik göstəricilər hələ qarşıdadır:
“Koronavirusun Omikron variantı son günlər Azərbaycanda öncədən də proqnozlaşdırılan dinamikası ilə artmaqdadır. Bu gedişatın davam etməsi gözləniləndir. Xüsusilə, bu variantın bizdən öncə yayıldığı ölkələrə baxsaq, deyə bilərik ki, pik göstəricilər hələ qabaqdadır. Lakin, burada təşviş yaradacaq heç bir amil yoxdur. Xəstəlik artıq əvvəlki xarakterində deyil. Bəzi risk qruplarındakı şəxslər üçün təhlükə hələ də davam etsə də, sağlam şəxslər üçün əksər hallarda ambulator müalicə kifayət edir”.
İnsanları düşündürən ən önəmli məsələlərdən biri də qapanmaların olub-olmayacağıdır. Bununla əlaqədar tanınmış həkim-cərrah Adil Qeybulla bildirib ki, qapanmalar epidemioloji vəziyyətlə bağlıdır:
“Epidemioloji vəziyyət artsa, vəziyyət ciddiləşsə, müəyyən nisbi qapanmalar ola bilər. Amma daha ciddi tədbirlərin həyata keçirilməsini məqsədəuyğun saymıram. Artıq Avropa ölkələrinin bəziləri bu dalğanı adlayıblar. Məsələn, Danimarkada tamimlə qadağalar aradan götürülüb. Sadəcə insanlar qapalı mühitdə maska taxmaq, məsafə gözləmək, dezinfeksiya olunmaq kimi tədbirlərə əməl etməlidirlər. Başqa sərt tədbirlərə əl atmağa ehtiyac yoxdur. Yas və toy məclislərinin, müxtəlif mərasimlərin və tədbirlərin müəyyən rəqəmlərlə limitləndirilməsi mümkün ola bilər. Adıçəkilən yerlərə daxil olan şəxslərin yoxlanılması həyata keçirilə bilər. Düşünürəm ki, bu dalğanı çox qısa müddətdə keçəcəyik”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm