Professor:“İcbari tibbi sığorta ilə bağlı suallar çoxdur”
Fidan Həmişəyeva
14:21 07.09.2021
Sağlamlıq
567
“Bütün bunlar çox ciddi nüanslar doğurur”
“Çox təəssüf ki, hər birimiz prosesin necə olacağından məlumatsızıq”
Yanvarın 1-dən etibarən ölkəmizdə “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Bu gün bəlkə də vətəndaşları ən çox maraqlandıran sual icbari tibbi sığortanın necə və hansı əsaslarla həyata keçirilməsidir. Lakin bu sahədə qeyri-müəyyənlik hökm sürür. Əhalinin demək olar ki, hamısı icbari tibbi sığortanın hansı formada həyata keçirilmə mexanizmindən xəbərsizdir.
Təbii ki, əsas səbəb vətəndaşların bu sahədə maarifsiz olmasıdır. Aidiyyəti qurumlar əhaliyə icbari tibbi sığorta haqqında dolğun məlumat verməli idilər. Lakin mövcud durum ürəkaçan deyil.
Mövzu barədə “Sherg.az”a açıqlama verən tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla icbari tibbi sığorta sistemindəki qeyri-müəyyənliyi mənfi qiymətləndirib:
“Məhz bu qeyri-müəyyənlik vətəndaşların məlumatsızlığına səbəb olub. İcbari tibbi sığorta başlayıb və gərək müvafiq qurumlar mütəmadi olaraq vətəndaşlar arasında maarifləndirici iş görsünlər. İnsanlara aydın olsun ki, bu sistem necə olacaq və nə cür fəaliyyət göstərəcək. Ərazi üzrə və yaxud hansı formada olacaq?
Rayon xəstəxanalarında və ayrı-ayrı yerlərdə dövlət xəstəxanalarındakı MRT aparatı hamıya çatacaqmı və.s? Gördünüyü kimi, suallar çoxdur və bütün bunlar çox ciddi nüanslar doğurur. Çox təəssüf ki, hər birimiz prosesin necə olacağından məlumatsızıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm