
“Səhiyyə naziri və yeni müavinləri ortaya proqram qoymalıdırlar”
Yusif Nəzərli
12:54 04.02.2022
Sağlamlıq
804
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Sərəncamlara əsasən, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev,Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər. Eyni zamanda Səhiyyə nazirinə üç yeni müavin- İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunub.

İctimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli yeni təyinatlardan “Sherg.az”a danışarkən bildirib ki, hazırda səhiyyə sistemimizdə daha ciddi islahatlara ehtiyac var:
“Kadr siyasəti prosesə müəyyən təkan verə bilər, amma əvvəla biz bəzi suallara cavab tapmalıyıq. Pullu yaxud da pulsuz səhiyyə xidməti olcaqmı? Dövlət səhiyyə müəssisələrinin strukturları onların statusu dəyişəcəkmi?
Əhalinin hardasa 80 faizi ilkin olaraq yaşadığı ərazidəki polikniklara müraciət edir.
Bəs orada bundan sonra hər hansısa bir dəyişiklik olcaqmı? Bütün bunlarda dəyişiklik olmasa, bu nazir müavinlərinin dəyişməsinin də bir önəmi olmayacaq”.
Z.Məmmədlinin fikrincə, səhiyyə nazirinin özü və onun müavinləri köhnələrdən nə ilə fərqlənəcəklərinə dair ortaya konkret bir proqram qoymalıdırlar:
“Onlar əhalinin sağlıq durumunun qorunması üçün konsepsiyalar təklif etməlidir. Bunlar da cəmiyyətin ictimai müzakirəsinə verilməli, təkliflər dinlənilməlidir. O zaman prosesdə pozitiv nələrəsə ümid ertmək olar”.
Həkim kadr dəyişikliyinin icra hakimiyyəti başçıları ilə bağlı da həyata keçirildiyini, amma bunun heç bir effekt vermədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə belə dəyişikliklər daxili islahatlardır və fundamental xarakter daşımır:
“İndi səhiyyənin yeni dönəmdəki yeri ,rolu ,funkisyası onun əhaliyə daha yaxşı xidmət etməsi istiqamətində düşünmək lazımdır. Yeni təyin olunan nazir müavinləri də funksional olaraq köhnələrin işlərini davam etdirəksə, təbii olaraq ölü səhiyyəmizdə müsbətə doğru heç nə dəyişməyək” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya