Böyrək xəstəlikləri uzun müddət ciddi simptom vermədən irəliləyir. Lakin bəzi dəyişikliklər üz və dəridə özünü göstərir.
Sherg.az xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi 5 əsas əlamət bunlardır:
Dərinin solğun və ya sarımtıl rəng alması - böyrək funksiyasının zəifləməsi qanazlığına səbəb olur.
Göz qapaqları və üzdə şişkinlik - orqanizmdə maye və duz yığılması ilə əlaqəli ola bilər.
Dərinin mat və tündləşməsi - böyrəklərin toksinləri kifayət qədər xaric edə bilməməsi nəticəsində yaranır.
Dodaqlarda qaralma və piqmentasiya - xüsusilə böyrək çatışmazlığının irəliləmiş mərhələlərində müşahidə ediir.
Davamlı yağlanma və sızanaqlar -hormonal dəyişikliklər və orqanizmdə iltihabi proseslərlə əlaqəli olur.
Böyrək sağlamlığını qorumaq üçün duz və emal olunmuş qidaların məhdudlaşdırılması, qan təzyiqi və şəkərin nəzarətdə saxlanılması, müntəzəm fiziki aktivlik tövsiyə olunur. Ağrıkəsicilərdən, xüsusilə ibuprofen və naproksen kimi preparatlardan uzunmüddətli və nəzarətsiz istifadə də böyrəklərə zərər verir.
Qeyd: Üzdə bu əlamətlərdən hər hansı birinin olması mütləq böyrək xəstəliyi demək deyil. Davamlı dəyişikliklər zamanı həkim müayinəsi vacibdir.