Diş minasının əsas düşməni şəkərin özü deyil, onun nə qədər tez-tez qəbul edilməsidir. Turşulu qidalar və içkilər də mina üçün eyni dərəcədə təhlükə yaradır.
Sherg.az xəbər verir ki, bu barədə stomatoloq Andrey Juk bildirib.
Onun sözlərinə görə, hər dəfə şirin qida qəbul edildikdən sonra diş ərpindəki bakteriyalar mina qatını zədələyən turşular ifraz edir. Şirniyyatın tez-tez qəbul edilməsi, şirin içkilərin içilməsi və ya konfetlərin uzun müddət sovrulması diş minasının bərpasına imkan vermir.
Həkim qeyd edib ki, turşulu qazlı içkilər, energetiklər və qablaşdırılmış meyvə şirələri də müntəzəm istifadə edildikdə dişlər üçün ciddi risk yaradır. Turşular diş minasını yumşaldaraq onu mexaniki təsirlərə və kariyesin yaranmasına qarşı daha həssas edir.
Mütəxəssis ağız və diş sağlamlığını qorumaq üçün şəkərli və turşulu qidaların qəbulunu məhdudlaşdırmağı, həmçinin müntəzəm ağız gigiyenasına riayət etməyi tövsiyə edib.