
Test dəstləri gətirildi!- “Meymunçiçəyinin Azərbaycanda yayılması realdır”
Yusif Nəzərli
09:43 05.07.2022
Sağlamlıq
544
Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlinməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Meymunçiçəyi artıq Azərbaycanən sərhədlərinə yaxınlaşıb, Qardaş Türkiyə və qonşu Gürcüstanda da yoluxma halları qeydə alınıb. Əlbəttə, bu hal ölkə Azərbaycan ictimaiyyəti və hökumətində müəyyən narahatlıqlar doğurur. Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Test dəstlərinin ölkəyə gətirilməsi virusun ölkəmizə gəlmə təhlükəsinin bir addımlıqda olduğunu sübut edir. Bununla bağlı “Sherg.az”a açıqlama verən tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, indiki halda meymunçiçəyi virusunun ölkəyə gəlməsi realdır:
“Hər halda turistlər səyahət edirsə və qonşu ölkələrdə də bu xəstəlik varsa, Azərbaycanda da bu virusun aşkarlanması mümkündür. Testlərin gətirilməsi də müəyyən hazırlıq məqsədi güdür. Əgər ölkədə həmin virus peyda olarsa, lazımı diaqnostika tədbirlərinin həyata keçirilməsi və prosesin qarşısının alınması üçün testlər ölkəyə gətirilib.
Düşünmürəm ki, meymunçiçəyi virusu pandemiya yarada bilər. Hər halda sözügedən virus Azərbaycanda aşkarlanarsa, proseslərin qarşısının alınması və mümkün qədər az insan yoluxması üçün mütləq lazımı və önləyici tədbirlər görülməlidir. Əhalinin maarifləndirilməsi istiqamətində də parelel işlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm