Ürək xəstələrinə “arıqlama iynəsi” XƏBƏRDARLIĞI

Kardiologiya mütəxəssisi, professor Mehmet Baltalı arıqlama iynələrinin ürək əzələsini zəiflətmədiyini, əksinə, infarkt və ürək çatışmazlığı riskinin azalmasına töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, semaglutid və tirzepatid tərkibli dərmanlar ürəyin pompalama gücünü azaltmır. Piylənmənin aradan qaldırılması isə ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.

Mütəxəssis qeyd edib ki, bu dərmanların əsas yan təsirləri mədə-bağırsaq sistemi ilə bağlıdır və ishal, qəbizlik, mədənin gec boşalması kimi problemlərə səbəb olur.

Baltalı ürək xəstələrinin bu preparatlardan yalnız həkim nəzarəti altında istifadə etməli olduğunu vurğulayıb. O, bəzi xərçəng növləri, o cümlədən qalxanabənzər vəz xərçəngi zamanı bu dərmanların istifadəsinin əks-göstəriş olduğunu bildirib.

Professor həmçinin dərmanların qəfil dayandırılmasının çəki artımına səbəb ola biləcəyini, buna görə istifadənin tədricən azaldılaraq dayandırılmasının tövsiyə edir.