ÜST meymunçiçəyi ilə bağlı hamilələrə xəbərdarlıq etdi
Yusif Nəzərli
12:22 04.07.2022
Sağlamlıq
333
Meymunçiçəyi virusu kabusunun sürətlə yayıldığı bir zamanda Ümumdünya Səhiyyə Təşkilatından xüsusilə hamilə qadınlarla bağlı əhəmiyyətli xəbərdarlıq gəlib. ÜST-ün açıqlamasında indiyə qədər dörd hamilə qadının xəstəliyə tutulduğu ilə bağlı məlumat verilir və eyni zamanda qripə bənzər əlamətlər göstərən şəxslərdən də uzaq durmaları tövsiyə olunur.
Türkiyədə meymunçiçəyi virusu aşkar edildikdən sonra hamilə qadınlarda xəstəliyin necə irəlilədiyi maraqla qarşılanmağa başlayıb. Meymunçiçəyi virusu 50 ildən artıqdır məlum olan xəstəlik olsa da, son vaxtlar Afrikadan kənarda da müşahidə olunması ilə gündəmə gəlib.
2022-ci ilin may ayında Londonda aşkarlandıqdan sonra qısa müddətdə 50-dən çox ölkədə təxminən 3500 insana yoluxub və bir nəfər dünyasını dəyişib. Bu isə bütün dünyada yeni bir pandemiyanın başlana biləcəyinə dair narahatlıqlar yaradıb. ÜST bununla bağlı yüksək risk qrupunda olanlar barədə xəbərdarlıq edib ki, bu risk qrupuna həm də hamilələr daxildir.
Xəstəliyin əvvəlcə qripə bənzər əlamətlərlə özünü büruzə verdiyini deyən qadın xəstəlikləri və doğum üzrə mütəxəssis prof.dr. Faruk Buyru xəstəliyin əvvəlcə qızdırma, bel və əzələ ağrısı ilə özünü göstərdiyini qeyd edib.
“Xəstəlik daha sonra limfa düyünlərinin şişməsi, qaşınma və səpkilərin ortaya çıxması ilə davam edir. Xəstəlik iki-dörd həftə davam edir. İmmunitet sistemi ilə bağlı problemləri olanlar daha ağır keçirə bilirlər. Koronavirus kimi yoluxucu olmasa da, bəzi hallarda ölümcül ola bilər. Bu, təmas, bədəndən ifraz olunan maye, damcı və ya xəstə insanın istifadə etdiyi əşyalar, dəsmallar və s. ilə təmas yolu ilə ötürülə bilər. Xəstə heyvanlardan insanlara da keçmə ehtimalı var. İnsandan heyvana isə keçmir”, - deyə o bildirib.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axios: Donald Tramp İrana qarşı hərbi variantları müzakirə edəcək
20:14 18.05.2026
Dünya
Prezident sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edib
19:57 18.05.2026
Rəsmi
Rusiyada nikah yaşının aşağı salınması təklif edilir
19:49 18.05.2026
Dünya
“Qarabağ” fransalı vingeri transfer edib
19:40 18.05.2026
Futbol
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm