Üşümə xəstəliyi !- Niyə yaranır və necə qurtulmaq olar? - İZAH
Fidan Həmişəyeva
13:47 13.01.2021
Sağlamlıq
4247
Bəzi insanlarda tez-tez üşümək kimi sağlamlıq problemi var. Çox vaxt “soyuqdandır” deyib, buna ciddi yanaşmırıq. Davamlı üşüməyin səbəbləri müxtəlifdir. Qış aylarında soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin ilkin göstəricisi üşümə, titrətmə və yüksək tempraturdur. Müalicə alınmadığı təqdirdə bu problemdən əziyyət çəkmə müddəti arta bilər.
Üşüməyə səbəb olan digər amil anemiyadır. El arasında “qansızlıq” kimi tanınan anemiya xəstəliyi geniş yayılıb. Önəmli sağlamlıq problemi olan anemiya xəstəliyinə qadınlarda daha tez-tez rast gəlinir. Bu xəstəlik müalicə olunmadıqda halsızlıq, tez yorulma, sürətli ürək döyüntüsü kimi problemlər artmağa başlayır.
Həkim-terapevt Fəxriyyə Əhmədova “Sherg.az”a açıqlamasında bildirib ki, səbəbsiz üşümə hər hansı xəstəliyin simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmaq olmaz. Həkim qeyd edib ki, artıq çəki də insanlarda üşümə problemi yaradır:
“Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür. Qalxanvari vəzi xəstəlikləri də üşümənin əsas səbəblərindəndir. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Həmin funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur”.
F.Əhmədova vurğulayıb ki, arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma da insanın tez-tez üşüməsinə imkan yaradır:
“Bu vəziyyətdə insan qida ilə az kalori alır. Bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür. Qan dövranı pozulmaları da vacib səbəblərdən biridir. Şəkərli diabet xəstəliyi ürək-damar sistemini zədələyir. Nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Bununla da insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır”.
Soyuğa qarşı allergiyası olan insanlar da tez-tez üşümə ilə rastlaşır. Belə şəxslərdə soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Həmin insanlar soyuq havada hətta isti geyindikdə belə daim üşüyür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya