Viruslar bu əşyada 7 gün yaşayır: Həkimdən smartfonlarla bağlı XƏBƏRDARLIQ

Həkim Nadejda Çernışova evdə virusların toplana bildiyi və insanların mütəmadi istifadə etdiyi əşyaları sadalayıb.

İlk növbədə bunlar qadcetlərdir. Viruslar məhz onların səthində daha uzun müddət – yeddi günədək yaşayır. Buna görə də tənəffüs yolu infeksiyalarına məhz bu yolla yoluxma riski yüksəkdir.

Həkim küçədən evə qayıtdıqdan sonra telefonun ekranını və üzlüyünü dezinfeksiyaedici salfetlə silməyi tövsiyə edir. Bu sadə qayda küçədən gətirilən bakteriya və virusların məhv edilməsinə kömək edə bilər.

“Evə qayıtdıqda əllərimizi sabunla yuyuruq. Gəldik, üstümüzü və ayaqqabımızı çıxardıq, smartfonu və çantanın tutacaqlarını sildik, əllərimizi sabunla yuduq və ev geyiminə keçdik. Bunlar virus infeksiyalarından qorunmağa kömək edən əsas gigiyena qaydalarıdır”, - deyə Çernışova açıqlamasında bildirib.

Daha əvvəl nevroloq Olqa Zınçeva yatarkən smartfonu yastığın altında saxlamağın düzgün olmadığını qeyd edib. Life.ru yazır ki, müasir qadcetlər Wi-Fi, mobil rabitə və Bluetooth vasitəsilə daim məlumat mübadiləsi apardığından elektromaqnit şüalanma mənbəyi hesab olunur.

Daha əvvəl aparılan araşdırma zamanı 95 smartfonun səthində 17 min mikroorqanizm aşkar edilib. Cihazların dördündən üçündə ciddi infeksiyalara səbəb ola bilən müxtəlif bakteriya növləri müəyyən olunub.