Xərçəng riski 25 il ərzində 50 faiz arta bilər - SƏBƏBLƏR

Xərçəng xəstəliklərinin yaranma riski növbəti 25 il ərzində 50 faizə qədər arta bilər.

Sherg.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib. Onun sözlərinə görə, əsas səbəblərdən biri insanların ömrünün uzanması və yaşlı əhalinin sayının artmasıdır.

Nazir xərçəng riskini artıran əsas amillər kimi siqaret çəkmə, alkoqol qəbulu və piylənməni də göstərib. Muraşkonun sözlərinə görə, piylənmənin onkoloji xəstəliklərin yaranmasında payı 30 faizə qədərdir.

O vurğulayıb ki, yaşlanma istisna olmaqla, bu risk faktorlarının əksəriyyəti idarəolunandır. Zərərli vərdişlərdən imtina və sağlam həyat tərzi xərçəng riskinin azaldılmasına kömək edə bilər.

Mütəxəssislər isə xərçənglə mübarizədə əsas istiqamətlərin profilaktika və xəstəliyin erkən aşkarlanması olduğunu bildirirlər.