Təhsil Nazirliyi işə qarışmalıdır
Yusif Nəzərli
21:24 11.10.2021
Elm və Təhsil
647
Hamilə və süd verən qadınların universitetlərə girişində problemlər yaranır
"Universitetlərə süni maneələr yaratmamalıdırlar. Əgər dövlətin verdiyi qərarlara riayət edirlərsə, o qərarlara da riayət etməlidirlər"
Peyvəndlərin vacibliyi hər kəsə bəllidir, xüsusən tədris müəssisələrində vaksinasiya mühümdür. Lakin xoş olmayan bir hal var ki, hamilə və ya süd verən qadınların universitetə girişi üçün problemlər yaşanır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. R.Mahmudov bildirib ki, hamilə və ya uşağa süd verən ananın universitetə daxil olması üçün onlardan ya COVID pasportu, ya da ona əks sənəd tələb olunur:
“Hamilə qadınlar və uşağa süd verən analar peyvənddən imtina etdiyi üçün onlara əks-göstəriş sertifikatı da vermək mümkün deyil və belə bir xoşagəlmız hal yaranıb. Hətta tanıdığım bir şəxs bu problem səbəbindən tələbə hüququndan imtina edib. Hamilə qadınların peyvənd olunmasına əks-göstəriş yoxdur, amma onları məcbur da edə bilmərik. Ona görə də həmin insanların universitetlərə daxil olmalarına hansısa formada şərait yaradılmalıdır və ya bu anlaşılmaz vəziyyətə aydınlıq gətirilməlidir”.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb ki, təəssüflər olsun ki, tək hamilə qadınlar deyil, eyni zamanda süd verən qadınlar, immun pasportu olanlar da universitetlərə, orta ixtisas təhsil müəssisələrinə buraxılması ilə bağlı problem yaşayır. Ekspert qeyd edib ki, bunun başlıca həlli universitetlərin elə özündən asılıdır:
"Çünki əgər dövlətin verdiyi sənədi universitet qəbul etmirsə, burda əlbəttə böyük bir problem var. Bu problemi həll etmək üçün Təhsil Nazirliyi bütün universitetlərə müvafiq göstəriş təqdim etməli, yaxud da müvafiq əmr verməlidir ki, həmin şəxslər universitetlərə buraxılsın. Onların buraxılması ilə bağlı hər hansı maneə, problem yaratmasınlar. Əgər bununla bağlı hər hansı bir maneə ilə rastlaşan şəxslər olarsa, yaxşı olar ki, onlar Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etsinlər. Çünki biz bilirik ki, birbaşa verilmiş qərar əsasında hamilə xanımlar, süd verən analar, müvafiq immun pasportu alan şəxslər birbaşa vaksinasiya prosesindən azaddırlar. O sənədləri əldə ediblərsə, onlara hər hansı bir maneə yaradılmamalıdır".
Təhsil eksperti diqqətə çatdırıb ki, bu məsələlərin aradan qaldırılmasının yeganə yolu Təhsil Nazirliyinin universitetlərə tapşırığıdır: "Bundan əlavə, həmin şəxslər Nazirlər Kabineti yanında Operativ Qərargaha şikayət xarakterli məlumatlar verməlidir. Ümumiyyətlə, universitetlərə süni maneələr yaratmamalıdırlar. Əgər dövlətin verdiyi qərarlara riayət edirlərsə, o qərarlara da riayət etməlidirlər. Çünki həmin sənədlərdə xüsusi olaraq qeyd olunub ki, bu şəxslər vaksinasiya mərhələsindən azaddırlar. Əgər gələcəkdə dövlət qərar qəbul etsə ki, məhz bu kateqoriyaya aid olan şəxslər vaksinasiya olunsun, o zaman universitetlərin bunu tələb etmək hüququ var. Amma hazırkı durumda belə bir qərar olmadığı üçün dövlətin verdiyi qərarlara da universitetlər riayət etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mübariz Əhmədoglu təcili üzr istəməlidir - Kamran Ramazanlı
20:21 21.11.2026
Cəmiyyət
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol