Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
Yusif Nəzərli
16:08 16.11.2021
Gündəm
587
Noyabrın 16-da xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Görüş zamanı ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Nəticədə, bölgədə yaranmış yeni reallıqlar yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaradıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri, o cümlədən sözegedən beynəlxalq dəhlizlərin tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.
Baş katib Kunio Mikuriya əvvəllər ölkəmizə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, o görüşlərin Azərbaycanla ÜGT arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verdiyini vurğulayıb. Baş katib Azərbaycanın Avropa ilə Asiya arasındakı əlverişli coğrafi mövqeyinə diqqət çəkərək, Mərkəzi Asiya ilə nəqliyyat bağlantılarının inkişafının bütöv regionun potensialının reallaşdırılmasına töhfə verəcəyini söyləyib.
Görüş zamanı, həmçinin ÜGT ilə bir sıra yeni əməkdaşlıq təklifləri üzrə müzakirə aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya