Fərruxda itkin düşən hərbçinin anası: "Oğlumdan 30 ildir xəbər ala bilmirik"
Yusif Nəzərli
09:15 02.04.2022
Gündəm
693
Bugünlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olması ehtimalı 30 il bundan əvvəl Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş Bakı sakini İlqar Məmmədovun yaxınlarını da ümidləndirib.
“Report” xəbər verir ki, Məmmədov İlqar Şirzal oğlu 1971-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olub. İlk təhsilini şəhərin 240 nömrəli tam orta məktəbdə alıb. Daha sonra təhsilini peşə təhsil müəssisəsində davam etdirib. Oranı bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
İ.Məmmədov 1991-ci ildə hərbi xidmətdən qayıdıb. 1992-ci ildə isə könüllü olaraq silaha sarılaraq Birinci Qarabağ müharibəsinə qatılmaq üçün Laçın rayonuna yollanıb. Daha sonra Kəlbəcər və Ağdam rayonlarına yola düşüb.
İ.Məmmədovun anası Pərvər Məmmədova “Report”a deyib ki, oğlu Birinci Qarabağ müharibəsinə qatıldıqdan bir müddət sonra onun sorağını ala bilməyiblər:
"Həmin il oğlumu müxtəlif yerlərdə, məkanlarda "gördük", "oxşatdıq" deyənlər çox idi, lakin bu, 6 ay çəkdi. İlqarı 6 aydan sonra "gördüm" deyən olmadı...
1992-ci ildə Ağdamda bir qardaşım Tağı Məmmədov şəhid olub, Ağdərə uğrunda gedən döyüşlərdə isə digər qardaşım Məhərrəm Məmmədov itkin düşdü. Oğlum müharibə zamanı səhər tezdən evdən xəbərsiz çıxaraq könüllü döyüşlərə yollanıb".
P.Məmmədovanın sözlərinə görə, təxminən 30 ildir İ.Məmmədovu axtarsalar da, nəticəsiz qalıb.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə