Rusiyadan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir - Analitik
13:21 03.04.2022
Siyasət
713
“Rusiyadakı bəzi dairələr yenidən ölkəmizlə bağlı çirkin addımlarını davam etdirməkdədirlər”.
Bunu “Sherg.az”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.
Analitik bildirib ki, son 1 həftə ərzində ikinci dəfədir ki, şimal qonşumuzdan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir:
“Bir neçə gün öncə Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycana qarşı sərsəm bəyanat vermişdi. İndi isə keçmiş deputat və Kremlin propaqanda maşınlarından biri, Dumanın müdafiə komitəsinin keçmiş müavini Aleksandr Şerin açıqlama verərək Azərbaycan və Yaponiyanı “İsgəndər” və “Kalibr” rakertləri ilə təhdid ediblər. Fikrimcə, son bir həftə ərzində Rusiyadakı bəzi dairələr tərəfindən ölkəmizə qarşı səsləndirilən belə açıqlamalar məqsədli şəkildə atılan addımların tərkib hissəsidir. Ukrayna bataqlığında 5 həftədən çoxdur boğlulan Rusiya ordusunun bundan sonra hələ uzun müddət özünə gələ bilməyəcəyini anlamaq istəməyən bəzi Rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər. Rusiya öz təhlükəsizliyini qorumaq istədiyi kimi digər dövlətlər də öz maraqlarını qoruyurlar. Şerinin açıqlaması həm də onu göstərir ki, İkinci Qarabağ savaşı zamanı “İsgəndər” raketlərinin Ermənistana veriləməsi ilə bağlı Rusiya tərəfinə ünvanlanan sualın hələ də cavabsız qalması məhz bundan qaynaqlanır. Aleksandr Şerinə görə hansı Rusiya rəsmisi açıqlama verəcək və onun fikirlərinin yalnış olduğunu bildirəcək?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə