Zelenski - Putin görüşünün nə vaxt mümkün olacağı açıqlanıb
01:16 10.04.2022
Dünya
697
“Ukrayna və Rusiya Prezidenti Volodimir Zelenski ilə Vladimir Putin arasında danışıqlardan əvvəl ölkəmiz bir neçə yüksək səviyyəli qələbə qazanmalıdır. Bu, Kremlə imperiya illüziyalarından qurtulmağa, ölkəmizə isə öz tələblərini diktə etməyə kömək edəcək”.
“Report” xəbər verir ki, bunları Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Ukrayna bu gün dünyanın necə yaşadığına dair qrafik qurur. Əgər sadə dillə desək, bir ya da iki həftədən sonra prezidentlər səviyyəsində görüşəcəyik. Xeyr, bu belə olmayacaq. Başqa cür olacaq. Ukrayna böyük döyüşlərə hazırdır. Ukrayna bu döyüşlərdə qalib gəlməlidir", - Podolyak bildirib.
Prezident Ofisi rəhbərinin müşavirinin sözlərinə görə, qələbələrdən sonra Ukrayna danışıqlar zamanı daha əsaslı mövqe tutacaq və öz tələblərini diktə edəcək. O, qeyd edib ki, hər şeydən əvvəl Rusiyanın nəhayət imperiya illüziyalarından qurtulması vacibdir.
"Mən hamınızın başa düşməyinizi istəyirəm - Rusiya imperiya illüziyalarından qurtulmalıdır. Biz hər şeyi edəcəyik ki, sərhədlərimizi Rusiya Federasiyasının imperiya ambisiyalarından həmişəlik bağlamaq üçün çox güclü təhlükəsizlik zəmanətləri əldə edək. Və prezident bunun üçün tamamilə aydın mövqelər olanda danışıqlara gedəcək”, - Podolyak əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial