Aydın Kərimov: “Şuşanı bərpa etməklə şəhərin tarixini qoruyub saxlayırıq”
Yusif Nəzərli
18:00 27.06.2022
Gündəm
560
“Şuşanı bərpa etməklə şəhərin tarixini qoruyub saxlayır, eyni zamanda onu müasirləşdirir və yaşayış üçün rahatlaşdırırıq”.
"Report"un Polşanın Katovitse şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyasında yerli və regional hakimiyyət orqanlarının rolu mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
Prezidentin xüsusi nümayəndəsi “dəyirmi masa” iştirakçılarına ölkəmiz üçün xüsusi tarixi-mədəni və strateji əhəmiyyət kəsb edən, 30 ildir işğal altında olan Şuşa şəhərinin bərpası istiqamətində görülən işlərdən danışıb.
“Şəhəri bərpa etməklə onun tarixini qoruyuruq. Doğma şəhərinə qayıtmağı səbirsizliklə gözləyən keçmiş məcburi köçkünlərimiz yeni infrastrukturun şahidi olacaqlar. Çalışırıq, müasir yanaşmalar tətbiq edilsin ki, Şuşada yaşayacaq insanlar bu tarixi şəhərdə özlərini rahat hiss etsinlər”, - A.Kərimov bildirib.
Onun sözlərinə görə, Şuşa şəhərinin əvvəlki görkəmini canlandırmaq və daha da inkişaf etdirmək üçün planlaşdırma işlərinə başlanılıb.
A.Kərimov qeyd edib ki, Şuşada 200-ə yaxın tarix və mədəniyyət abidəsi var, lakin onların bir hissəsi Ermənistanın işğalı zamanı tamamilə məhv edilib, digər hissəsi isə zədələnib və ya dağıdılıb.
İndi isə işğaldan sonra mədəniyyət abidələri, muzeylər, məscidlər, kilsələr fəal şəkildə bərpa olunur.
Şuşa qalasının qala divarları və daha 4 abidə artıq bərpa edilib.
Aydın Kərimov qeyd edib ki, ötən ilin aprelindən şəhərin bərpası Baş Plan çərçivəsində sistemli şəkildə həyata keçirilir. Baş plan şəhərin tarixi-memarlıq irsinin və çoxəsrlik tarixinin qorunub saxlanılması nəzərə alınmaqla tərtib edilib.
Baş plana uyğun olaraq Şuşada da yeni məktəb binasının, xəstəxananın, məscidin, beşulduzlu mehmanxananın, konfrans mərkəzinin, televiziya qülləsinin tikintisinə başlanılıb.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi “dəyirmi masa”nın bütün iştirakçılarını Şuşaya dəvət edib ki, onlar həyatın bu şəhərə necə qayıtdığını öz gözləri ilə görsünlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm