“Div adam” öldü - Həkimlər xəbərdarlıq etmişdi, amma...
Yusif Nəzərli
10:16 04.08.2022
Dünya
756
Dünya onu fövqəladə əzələləri ilə tanıdı. Bazu və sinə əzələlərini süni üsulla şişirdərək “braziliyalı “Hulk” ləqəbi ilə tanınan braziliyalı fəhlə - Valdir Segato 55 yaşında vəfat edib. Valdir Segato Braziliyanın San-Paulo şəhərində inşaatda çalışıb. 2013-cü ildə çox böyük ölçülü – 60 santimetr qalınlığında əzələləri ilə gündəmə gəlib. “Braziliyalı Hulk” ləqəbi alan Valdir əzələlərini dəri altına yağ yeritməklə şişirdirmiş. Bununla da cəlbedici, hətta vahiməli görüntü əldə edirmiş. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Valdirin güclü əzələlərinin sirrinin çözülməsiylə həyatla vidalaşması arasında çox qısa zaman keçib. Həkimlər isə ona xəbərdarlıq edərək əzələlərinin ona ölüm təhlükəsi yaratdığını deyib. Lakin o, həkimlərin xəbərdarlığına baxmayaraq illərdir əzələlərini yağla şişirtməyə davam edib. “Tik Tok”da 1q.6 milyon təqibçisi var idi. Sosial mediada fenomen olan Valdiri güclü əzələləri xilas etməyib, əksinə, onu ölümə sürükləyib. Valdir dəri altına tərkibində yağ, alkoqol və ağrıkəsici olan “sintol” maddəsi yeridirmiş. Bu isə zamanla ürək-damar sisteminin zədələnməsinə, nəfəs darlığına səbəb olub. 55 yaşını qeyd edən Valdir nəfəs darlığı yaşayıb, qonşulardan yardım istəyib. Qonşular Valdirin “kömək edin, ölürəm” bağırdığını deyiblər. Segato xəstəxanaya aparılıb. Lakin xəstəxanaya çatar-çatmaz infarktdan keçinib. Segatonun səhhətində bundan əvvəl də bir neçə dəfə ağırlaşma olub və o, xəstəxanada müalicə alıb. Segatonun illər öncə narkotik maddə asılılığı varmış. Bundan xilas olmaq üçün idmanla məşğul olmağa başlayıb, lakin idmanla əzələlərinə “istədiyi” formanı verə bilmədiyi üçün süni vasitəyə əl atıb. Həkimlərin xəbərdarlığına isə məhəl qoymayıb. Bu da sonu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət