Sosial şəbəkə! – Dərman, yoxsa ilan zəhəri? – “Real profillər söyüş yazır” - Nə etməli?
Yusif Nəzərli
12:58 04.08.2022
Aktual
677
Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. İstifadəçilər müəyyən mövzunu müzakirəyə çıxarır, fikir mübadiləsi aparırlar. Lakin bəzi hallarda bu fikir mübadiləsi təhqirlə, dava-dalaşla nəticələnir. Təzəlikcə Bakıda Lökbatan qəsəbəsində yerləşən "meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb. Sosial şəbəkə istifadəçiləri arasında ziddiyyət yaranıb.
Baş Prokurorluğun Mətbuat Xidməti internetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq edib. Prokurorluqdan bildirilir ki, belə hallar təkrarlanmamalıdır, əks halda müvafiq tədbirlər görüləcək.
İnternet-media eksperti Səbuhi Abbasovun "Sherg.az"a açıqlamasına əsasən, sosial şəbəkələrdə təhqir predmeti uzun illərdir ki, dünyada bəlaya çevrilib:
"Adətən təhqirləri saxta profillərdən yazırdılar. Bəzi sosial şəbəkələr profilaktik işlər apardıqdan sonra saxta profillərin 70-80 faizi sıradan çıxdı. Artıq real profillər təhqir yazdığı üçün şikayətlər çoxaldı. Azərbaycanda məsələyə həssas yanaşılır. Son 3 ildə qanunvericilikdə müvafiq dəyişikliklər də olub. Mərhələli şəkildə tədbirlər də görülüb. Lakin problem köklü həll olunmayana qədər insanlar qarşısında aciz qalır. Sosial şəbəkədə sərhəd anlayışı yoxdur. Bu platformada hər kəs öz mövqeyini ortay qoya bilir. Tutalım, xaricdə yaşayan azərbaycanlı təhqirli şərh yazır. Digəri isə Bakıdadır. Problemi çərçivəyə salıb tədbir görmək çətin mexanizmdir".
S. Abbasovun qənaətincə, insanlar sosial şəbəkələrin funksiyalarından bixəbərdir:
"Sosial şəbəkələrin təhlükəsizlik bölümü var. Hüquq mühafizə orqanlarının prosesi tam nəzarətə götürmək imkanı yoxdur. Mexanizm qurmaq da mümkün deyil. Ya sosial şəbəkə bağlanmalıdır, ya da ünvanı bəlli şəxslər hüquqi cəhətdən qiymətləndirilməlidir.
Kimsə sosial şəbəkədə təhqir olunmaq istəmirsə, “filter” funksiyasından yararlana bilər.
Belə ki, müəyyən sözləri daxil edirlər. Elə bir şərh gəldiyi təqdirdə avtomatik şərhlər filtirlənir. Və yaxud şərh bölümünü bağlasınlar. Vətəndaşlar hüquqlarını bilməlidir. Əgər kimsə təhqir olunursa, hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara müraciət ünvanlanmalıdır. Sosial şəbəkədə “dəstək” funksiyasından da istifadə etmək olur. Yazılan şərhi ekran görüntüsünü göndərmək, yaxud “spam” etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət