Bəzi marketlərin öz statusları var
Yusif Nəzərli
20:16 04.08.2022
İqtisadiyyat
804
Rauf Qarayev: "Bahalı marketlər qiymətin düşməyində maraqlı deyillər"
“Bir də görürsən marketlər tərəfindən 3-4 yeşik pomidor, badımcan və sair məhsullar zibilliyə tullanır. İnsanlar narazılıq edir ki, onları istifadə etmək olar. Çünki 40 faizi yararsızdır”. Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Məsələyə iqtisadi baxımdan yanaşan ekspert deyib ki, malın çölə tullanması onun artıq istifadəyə yararsız olması ilə bağlıdır. Yəni ola bilər pomidorun 40 faizi yararsızdır:
“Amma bir çox məhsullar kimyəvi qatqılı olduğu üçün, demək, zəhərlənmə ehtimalı da yüksəkdir. Bunun dəfələrlə də şahidi olmuşuq. Market isə qınaq obyektinə çevrilməsin deyə, məsuliyyətdən uzaq olmaq üçün bu məhsulları məhv edir.
Bəzi məhsullar var ki, məsələn, ağartı məhsulları, onlar istehsalçıya qaytarılır. Baxmayaraq ki, üstündə son istifadə tarixinə 3 gün qalır. Səbəb odur ki, belə mallar satılsa belə, onlar alıcı tərəfindən saxlanmağa qoyduqda xüsusi tam, qoxu verə bilər. Yəni istifadəçi onu saxlayıb sonra istifadə etdikdə zəhərlənə bilər. Bu ehtimalla və məhsulun kimyəvi tərkibi dəyişdiyinə görə ağartı məhsulları zibilliyə yox, istehsalçıya qaytarılır ki, özləri onu utiliza etsinlər. Ölkədə iri marketlərin outlet marketləri də var. Misal olaraq, OBA, Al Marketi göstərmək olar.
Burada nisbətən ucuz mallar satılır. Məhsulun son istifadə tarixinə ən azı 1 həftə qalmış outletlərə həmin mallar göndərilir. Satışı həm də burada keçirilir, iri marketlərdə isə bununla bağlı endirim kampaniyası təşkil olunur. Bu, Avropa praktikasından irəli gəlir. Düzdür, burda biznes maraqları da var ki, insanlar daha ucuz qiymətə öyrəşməsin, çünki marketlərin öz statusları var. Daha keyfiyyətli və baha qiymətə məhsul satan marketlər qiymətin düşməyində maraqlı deyillər”.
İqtisadçının sözlərinə görə, Almaniyada məhsulun son istifadə tarixinin bitməsinə 1 həftə qalmış marketlər öz müştərilərinə sms, elektron poçt vasitəsi ilə məktub yollayırlar, onlar əvvəl baha aldığı məhsulu ucuz almaq üçün marketlərə gəlsinlər:
“Məhsulun son istifadə tarixinə 3 gün qalmış qiymət maya dəyərindən daha ucuz qiymətə təklif olunur. Beləliklə məişət tullantılarına məhsulların getməməsi üçün son istifadə müddətinə az qalmış xüsusi sosial yönümlü şirkətlərə bunu pulsuz verirlər ki, onlar aztəminatlı ailələrə bu məhsulu versin. Market burada həm reklam olunur, həm də dövlətə köməklik göstərir. Bundan əlavə Şotlandiyanın Aberdin şəhərində 1 dollarlıq marketlər var. Əsasən təqaüdçülər üçün nəzərdə tutulub. 1 dollara buradan toyuq əti, makaron, süd məhsulları, meyvə və tərəvəzlər almaq olur. Yəni istifadə müddəti az qalan məhsullar bu marketlərə paylanılır. Nəticədə demək olar çox cüzi məhsullar məişət tullantıları poliqonuna gedə bilər və getməyə də bilər. Odur ki, bizim iş adamlarına tövsiyəm budur ki, bu praktikadan faydalansınlar. Belə halda sizlər savab iş görə bilərsiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət