"Mən də İrəvan qaçqınıyam, torpağıma qayıtmaq istəyirəm"
Yusif Nəzərli
21:16 09.08.2022
Aktual
1006
Dilqəm Əhməd: "Müharibə tamamilə bitdikdən sonra qaçqınların rahat şəkildə dədə-baba torpaqlarında yaşamaları təmin edilməlidir"
Azərbaycan dövləti Ermənistan qarşısında bu məsələni qaldırmalıdır
Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif olunub. Bu təkliflə “Qərbi Azərbaycan İcması”nın sədri, millət vəkili Əziz Ələkbərli çıxış edib. Deputat bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır: “Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər”. Məlumat üçün bildirək ki, bir neçə gün öncə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib və Birlik “Qərbi Azərbaycan İcması” adlı qeyri-kommersiya təşkilatına çevrilib.
İrəvan şəhərində anadan olmuş tanınmış araşdırmaçı-jurnalist Dilqəm Əhməd “Şərq”ə deyib ki, Əziz Ələkbərli deputat olmazdan öncə uzun illər Qərbi Azərbaycandan olan qaçqınların hüquqlarının qorunması ilə məşğuldur. Həm də bir alim kimi xeyli əsərin müəllifidir:
“Yəni bu sahəyə yad biri deyil, əksinə, birbaşa illərdir işin içərisindədir. Ona görə də onun atdığı təşəbbüsləri dəstəkləyirəm və doğru hesab edirəm. Mən özüm də İrəvan qaçqınıyam. Uzun illər əvvəl magistraturada oxuyarkən təhsil haqqından azad olunmuşdum. Başqa hər hansı bir güzəşt xatırlamıram. Halbuki, yeni güzəştlər olmalıdır. Məsələn, mənzil hüququ ilə bağlı hansısa güzəştlər edilsə, yaxşı olardı. Yaxud müharibə tamamilə bitdikdən sonra qaçqınların rahat şəkildə dədə-baba torpaqlarında yaşamaları təmin edilməlidir. Azərbaycan dövləti Ermənistan qarşısında bu məsələni qaldırmalıdır. Cənab Prezident dəfələrlə “biz tarixi torpaqlarımıza qayıdacağıq” deyib. Dövlət başçısının bu vədinə inanıram. Çünki Qarabağla bağlı dediyi hər şeyi yerinə yetirdi”.
D.Əhməd vurğulayıb ki, işğalda olan 20 faiz ərazimizin 16 faizi qaytarılıb:
“Geri qalan qismi də qısa zamanda tamamilə nəzarətimizə keçəcək. Bu baxımdan ümid edirəm ki, İrəvana da, Zəngəzura da qayıdacağıq. Şəxsən mən doğulduğum torpağı görmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır. Əlbəttə, tarix elə şanslar yarada bilər ki, vaxtilə Çar Rusiyası tərəfindən işğal edilmiş İrəvan xanlığı yenə də türklərin olar. İndiki halda isə biz oraya sivil yolla qayıtmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı