İsrail və Fələstin arasında buzlar əriyir
Yusif Nəzərli
08:24 28.02.2023
Aktual
505
Bu iki ölkə arasında sülhün əldə edilməsi həm Təl-Əviv, həm də Vaşinqton üçün olduqca vacibdir
İsrail və Fələstin nümayəndə heyətləri İordaniyanın Aqaba şəhərində bir araya gəliblər. Görüşdə ABŞ, İordaniya, Misir nümayəndələri də iştirak edib. Tərəflər keçirilən danışıqlarda etimadı bərpa etmək və yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlər görməyə razılaşıblar. Ekspertlərə görə, İsrail ilə Fələstin arasında keçirilən Aqaba görüşü indiki məqamda mühümdür. Tərəflər uzun illər idi ki, bu səviyyədə bir araya gəlmirdi. Eyni zamanda tərəflər heç bir halda ortaq məxrəcə də gələ bilmirdi. Lakin Aqaba görüşündə uzun illər sonra ilk dəfə danışıqlarda etimadın bərpası yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlərin görülməsinə razılıq verildi. Görüşdə ABŞ İordaniya və Misir nümayəndələrinin iştirak etməsi isə onu deməyə əsas verir ki, bu tipli görüşlər bundan sonra da davam edəcək. Hələlik yekun sülhdən danışmaq üçün tez olsa da verilən qərarlar sülhə yönəlikdir və effekti olacağı gözlənilir.
Politoloq Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, indiki məqamda İsrail ilə Fələstin arasında sülhün əldə edilməsi həm Təl-Əviv, həm də Vaşinqton üçün olduqca vacibdir. Analitikə görə, İran hazırda nüvə silahı əldə etməyə çox yaxındır və bu fakt öz növbəsində İsrail-İran toqquşmasının qaçılmaz olduğunu deməyə əsas verir:
"Prinsip etibarilə uzun müddətdir İran-İsrail arasında kölgə müharibə gedir, ancaq tərəflər hələ də açıq toqquşmaya keçməyiblər. Lakin Təl-Əviv hazırda buna hazırlaşır və ehtimal İran-İsrail müharibəsi fonunda Tehranın arxadan zərbə vurmasını istəmir. Rəsmi Tehran indiki məqamda İsrailə Livan və Fələstin üzərindən zərbələr vura bilər. Vaşinqton və Təl-Əviv bunun qarşısını almaq üçün Fələstinlə müvəqqəti sülhün əldə edilməsində qərarlıdır. Bunun effektiv olması üçün Misir və İordaniyanın da vasitəçiliyini irəli sürürlər. Aydın məsələdir ki, İranın nüvə silahını əldə edə bilməsi Yaxın Şərqdə kartların yenidən paylanmasına səbəb olacaq. Məsələ ondadır ki, ABŞ regionda təkcə tərəfdaşı olan İsrailin nüvə silahına malik olmasını istəyir. Bu silahın İranda olması Vaşinqtonun özü üçün də əlavə risklər deməkdir. Digər tərəfdən, ABŞ yaxşı bilir ki, İranın nüvə silahına sahib olması regionda nüvə yarışı başladacaq. Məsələn, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələr də nüvə silahı əldə etmək istəyəcək. Lakin Vaşinqtonun ehtimal İsrail-İran müharibəsində Təl-Əvivə birbaşa dəstək verəcəyi, müharibədə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Ümumiyyətlə, bu məsələdə Vaşinqtonun daxilində ciddi fikir ayrılıqları var. Digər tərəfdən, ABŞ-ni Rusiya və Çin kimi böyük problemlər narahat edir. Mümkündür ki, ABŞ belə bir müharibə olacağı təqdirdə, birbaşa olmasa da, dolayı yolla İsrailə dəstək verəcək. Məsələn, 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı Vaşinqton müharibədə birbaşa iştirak etməsə də, Təl-Əvivə lazımi silah və maliyyə yardımı etmişdi".
Ekspertin fikrincə, İsrail və Fələstin nümayəndə heyətlərinin görüşü zamanı Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsraildə səfərdə olması diqqət çəkir:
"Bakı proseslərin mərkəzində olmasa da kənar oyunçu kimi iştirak edir. Azərbaycan İsrail və Fələstin arasında uğurlu balans siyasəti aparır və hər iki tərəflə də isti münasibətləri var. Yəni Aqaba görüşündə İordaniya, ABŞ, Misir nümayəndələrinin iştirak etməsi onların birbaşa aktorlar olduğunu göstərir. Bakı isə proseslərin ikili görüşlər qanadını təşkil edir. Prezidentin köməkçisi Şahmar Mövsümov ilə yanaşı, kənd təsərrüfatı naziri İnam Kərimovun da İsraildə olması Bakının proseslərdəki yerini kamuflyaj etməsidir. Bunu həm də Tehranın ehtimal narazılığını bloklamağa hesablanan addım kimi qiymətləndirmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya