
Şagird zorakılığı! – Qurumlar hərəkətə keçdilər - Valideynlərə CƏZA
Yusif Nəzərli
11:45 28.02.2023
Cəmiyyət
623
."Abşeron rayon İcra Hakimiyyəti ailədə qiymətləndirmə işi həyata keçirir".
Bunu "Sherg.az"a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakıda 1-ci sinif şagirdinin ailədə zorakılığa məruz qalmasından danşarkn deyib. O diqqətə çatdırıb ki, həmçinin hüquq-mühafizə orqanları orada cinayət tərkibinin yaranması ilə bağlı araşdırma aparır:

"Tibbi ekspertiza rəyindən sonra uşaqda yüngül xəsarətlərin olduğu təyin edilərsə, valideyn inzibati qaydada cəzalandırılacaq. Bildiyim qədərilə, azyaşlı dəfələrlə zorakılığa məruz qalıb. Yəqin ki, məsələyə hüquqi qiymət veriləcək. Əlbəttə ki, tərəfimizdən təklifimizi verdik. Qiymətləndirmə aparıldıqdan sonra azyaşlının müvəqqəti reabilitasiyasını həyata keçirərik. Analoji hadisələrin qarşısını almaq üçün ilk növbədə, ailələr siyahılaşdırılmalıdır.
Nəzarət gücləndirilməlidir. Daimi monitorinqlər həyata keçirilməlidir. Anlayıram, ölkə ərazisi böyükdür. Amma deməli, məlum istiqamətdə sosial işçilərin daha çox ərazi üzrə yönləndirilmələri reallaşdırılmalıdır. Həssas qruplarla iş məqsədilə hər rayon üzrə "database" (verilənlər bazası) yaradılmalıdır. Bakı şəhəri və Abşeron rayonu da daxil olmaqla digər regionları da əhatə edəcək həssas ailələrin, əsasən, uşaqların təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Bir çox hallarda İcra Hakimiyyətləri, Komissiyalarının analoji hallardan məlumatı olmur. Bənzər informasiyaları isə əksər vaxt sosial şəbəkələrdə aktiv olan insanlar paylaşır.
Məsələn, sözügedən xəbəri ötən gün Feysbuk hesabında jurnalist Pərvin Abışova verib. Postun altına məni işarələdilər. Abşeron rayon İcra Hakimiyyəti ilə danışdım. Artıq bu gün səhər İcra Hakimiyyəti orada qiymətləndirmə prosesi aparırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu məsələləri çox ciddi şəkildə nəzarətinə götürüb".
Qeyd edək ki, Bakıda azyaşlı qız zorakılığa məruz qalıb. Bu barədə jurnalist Pərvin Abışova öz Facebook hesabında bildirib. O yazıb ki, 2016-cı il təvəllüdlü (1-ci sinif şagirdi) qız dəfələrlə fiziki zorakılığa məruz qalıb. Aldığı zərbələrdən üz-gözü qaralan azyaşlı məktəbə davam edib.
Azyaşlının anasının erkən yaşda vəfat etdiyi, atasının ikinci dəfə ailə qurduğu bildirilir.
"Hadisə ilə bağlı uşağın xalasına məlumat verilərək, onun məktəbə gəlməsinin vacib olduğu bildirilib. Xalası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Abşeron polisindən azyaşlının aldığı xəsarətlərlə bağlı ekspertiza təyin edilməsi tələb olunsa da, polis bunu etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya