Bələdiyyələrdə qanun pozuntuları bitmək bilmir! – Yarıtmaz idarəçilik!
Yusif Nəzərli
16:47 28.02.2023
Cəmiyyət
523
"Bələdiyyələrdə qanun pozuntuları bitmək bilmir".
Bu barədə "Sherg.az"a Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Hökməli və Qobu bələdiyyələrinin sədrlərinin cərimələnməsindən danışarkən deyib. O vurğulayıb ki, məmurların şəffaflığı artırması ilə bağlı dəfələrlə məsələ qaldırıblar:
"İctimai nəzarətlə hesablaşsınlar. Korrupsiyaya qarşı mübarizəni gücləndirsinlər. Bu proses xüsusilə, rəhbər şəxslərə aiddir. Amma gördüyümüz kimi, mövcud problemlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam edir. Bununla əlaqədar olaraq, Hökməli və Qobu bələdiyyələrinin sədrləri cərimələnib. Əlbəttə ki, xoşagəlməz, yolverilməz haldır. Bu, bələdiyyələrin rəhbər heyətlərinin lazımi səviyyədə formalaşmaması və proseslərə, idarəetməyə hazır olmamaları ucbatından baş verir. İdarəetmə qaydasındadırsa, proseslərdə heç bir problem mövcud olmalı deyil. İndi çatışmazlıq, hər hansı səhvlər mümkündür. İş görülən yerdə səhv olar. Amma bu cür hallara yol verilirsə, deməli, bəzi bələdiyyələr, dövlət qurumlarında sadəcə idarəetmə problemləri mövcuddur. Ona görə də vətəndaş cəmiyyətinə aid olan bələdiyyələr, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media nümayəndələri iki-üç qat məsuliyyətli olmalıdır".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. DİN-dən verilən məlumata görə, yanvar-fevral ayları ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobilindən bərk tullantılar boşaldılıb və qalaqlanıb. Suraxanı rayonu Zığ şosesi yaxınlığında, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazilərində, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantılar qalaqlanıb. Səbail rayonunun Yubiley küçəsində 2 ağac məhv edilib. Sumqayıt şəhəri və Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazilərində isə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub. Hökməli və Qobu bələdiyyələrinin sədrləri cərimələniblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya