Ərdoğan söz verdi
Yusif Nəzərli
06:16 01.03.2023
Aktual
411
Zəlzələ bölgəsində 3 və ya 4 mərtəbəli binalar tikiləcək
"Bu günə qədər zəlzələ bölgəsindən ümumilikdə 20 min 300 vətəndaşımız təxliyə edilib". Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı brifinqi zamanı deyib. Ərdoğan əlavə edib ki, bu rəqəmlərə öz rayon və kəndlərinə qayıdanlar, həmçinin qohumlarının yanına gedənlər aid deyil: “Çadır kənd və konteyner kəndlərin yaradılması prosesi davam edir. Hazırda çadırlarda, yataqxanalarda və digər bu kimi yerlərdə 461 000 vətəndaşımız yerləşdirilib. Təkcə Kahramanmaraşda qurulan çadır sayı 77 000-ə yaxındır”.
"Zəlzələ bölgəsində 98 faiz insanın içməli su problemi həll edilib"
Ərdoğan deyib ki, zəlzələ bölgəsində 98 faiz insanın içməli su problemi həll edilib: "Zəlzələ bölgəsində elektriklə bağlı olan problemlər, demək olar ki, tamamilə həll edilib. Həmçinin təbii qazla bağlı problemlər də həll olunmaqdadır. Bunun nəticəsində zəlzələ bölgəsinin 75 faizinə təbii qaz verilir. İçməli su məsələsi istiqamətində də işlər davam edir. Bu gün üçün zəlzələ bölgəsində 98 faiz insanın içməli su problemi həll edilib”.
"Şəhərlərin yenidən qurulması layihəsi Türkiyə üçün çox əhəmiyyətlidir"
Ərdoğan vurğulayıb ki, şəhərlərin yenidən qurulması layihəsi Türkiyə üçün çox əhəmiyyətlidir: "Zəlzələ təhlükəsi altında olan şəhərlərdə bütün gücümüzlə çalışacağıq. Zəlzələ reallığını yaşadığımız son hadisələr bunu bizə xatırlatdı”. O bildirib ki, şəhərlərin yenidən qurulması layihəsi Türkiyə üçün çox əhəmiyyətlidir: “Zəlzələ təhlükəsi olan bütün şəhərlərdə bu layihənin tətbiqinə başlayacağıq. Növbəti zəlzələlərdə dağıntılar altında qalanlarımızın olmaması üçün bu, son dərəcə vacibdir”.
"Bütün dağıntıları bərpa edəcək əzmə və qüdrətə sahibik"
Türkiyə lideri bildirib ki, zəlzələ nəticəsində həyatını itirənləri geri qaytarmaq mümkün deyil: "Amma onun xaricində bütün yaraları saracaq, bütün dağıntıları bərpa edəcək əzmə və qüdrətə sahibik. TOKİ zəlzələ sınağını tikdiyi binaların zəlzələyə və digər fəlakətlərə dayanıqlığı başda olmaqla vermiş və özünü sübut etmiş bir qurumdur. Vanda, Ərzincanda, Malatyada, İzmirdə etdiklərimizi eyni formada edəcəyik”.
Ərdoğan deyib ki, zəlzələ baş verən şəhərlərimizdə 3 və ya 4 mərtəbəli binalar tikiləcək: "Tektonik qırılma xətləri keçən ərazilərdə binalar tikməyə icazə verməməkdə qərarlıdırlar. Çöllərdən dağlara doğru yaşayış yerlərini dəyişəcək, yeni yaşayış sahələri salacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya