Ailə avtobusun içində yaşayır
Yusif Nəzərli
08:42 01.03.2023
Hadisə
456
Zəlzələdən sonra atalarının avtobusu evləri oldu
Hatayın Antakya bölgəsində yaşayan Akıncı ailəsi zəlzələdən sonra avtobusun içinə sığınıb. Ailə başçısı idarə etdiyi avtobusu mənzilə çevirib və 7 nəfər burada gecəni gündüz, gündüzü də gecə edir. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Akıncı ailəsinin yaşadığı bina da zəlzələdə dağıntılara məruz qalıb. Uşaqlar soyuqda küçədə gecələməsin deyə, ailə başçısı Həsən Akıncı sürücüsü olduğu avtobusu mənzilə çevirib. Oturacaqların bəzisini tamamilə çıxarıb, bəzisinin yerini dəyişdirərək yataq yeri, oturma, istirahət “guşəsi” düzəldib. İşıq çəkib, uşaqların darıxmaması üçün avtobusda televizor da quraşdırıb. Uşaqlardan ən kiçiyi 3 yaşındadı. Yataq yerləri olsa da, yuyunmaq məsələsində çətinlik çəkirlər. İstəkləri konteyner evdir. Həsən Akıncı 48 yaşındadı və 17 ildir sürücülük edir. Zəlzələ gecəsi işdən qayıdan Həsən yaxınlıqdakı parkda yer tapmayıb və avtobusu evdən 500 metr aralıda saxlayıb. “Avtobusu məhəllədə saxlasaydım, dağıntılar altında qalacaqdı. Evə gəldim, yatdım. Zəlzələnin sarsıntısına oyandım. Titrəyişlər ara verdikdə, hamımız binadan çıxmaq üçün pilləkənlərlə aşağı enməyə başladıq. Divarlar aralanmışdı, hər yer şüşə qırıqları, daş-kəsək, tör-töküntü... Qaranlıqda hara ayaq basdığımızı da bilmirdik. Əlimiz, ayağımız yaralanmışdı, qanamışdı. Binanın giriş qapısı dəmirdəndi, sarsıntı zamanı kip örtülmüşdü. Qonşularla nə qədər çalışdıq, aça bilmədik. İkinci mərtəbənin eyvanından küçəyə atlandım, qapını bayır tərəfdən təpiklə açdım. Çox şükür, ailəm də, qonşular da sağ-salamat çıxa bildik”, söyləyən Həsən Akıncı ailəsini də, qonşuları da avtobusuna mindirib, sonra isə başqa sakinlərə yardım etməyə gedib. Avtobusda yaşayış üçün şərait yaratmağa başlayıb. İlk günlər çətin olsa da, yavaş-yavaş bu duruma alışıblar. Avtobus-mənzilin xanımı Fatma Akıncı isə deyib ki, evsiz qalmağın çətinliyini sözlə ifadə etmək mümkün deyil: “Çox çətindir, kimsə bizim günümüzə düşməsin. Xörəyi bayırdakı ocaqda bişirirəm. Balon qazında çay dəmləyirik. Ayaqyoluna getmək, yuyunmaq üçün evimizə gedib tez də çıxırıq. Titrəyişlər davam edir, çox qorxuruq. Oğrun-oğrun evə girir, bəzi əşyaları götürürük. Bura bir konteyner ev gətirilsə, uşaqlar da rahat olar. Zəlzələ çox dəhşətli idi. Bir gün avtobusda yaşayacağımı ağlıma da gətirməzdim. Amma neyləyək, dözəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya