Qanı təmizləyir
Yusif Nəzərli
09:30 03.04.2023
Sağlamlıq
772
Qulançarın kalorisi az olsa da, insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir
4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar (lat. Asparagus) Azərbaycanın bəzi bölgələrində quşqonmaz və mərəcüyüd kimi də tanınır. Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir. Fizioterapevt Ramin Quliyevin sözlərinə görə, sözügedən bitkinin Azərbaycanda 9 növü bitir: “Kür və Araz çaylarının ətrafında, boş və nəmli torpaqlarda geniş yayılıb.
Qulançarın kalorisi az olsa da, insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir. Qanı təmizləyir. Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.
Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.
Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.
Güclü sidikqovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.
Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir. Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir. Dərini təravətləndirir, sızanaqları azaldır. Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır. Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.
Daha çox yaz aylarında yeyilən bu bitki A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm