
Qərb də, Rusiya da reallıqlarla barışıb
Yusif Nəzərli
10:42 28.04.2023
Siyasət
580
Son hadisələr də göstərir ki, regionda situasiya Azərbaycanın xeyrinə dəyişməkdədir
Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Cənubi Qafqaz ölkələrinə səfərini şərh edən Zaxarova bildirib ki, Qərb dövlətləri həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak etdiklərini bəyan edir.
Lakin onların bu istiqamətdə fəaliyyəti konstruktiv deyil. Rusiya XİN rəsmisi Laçın yolundakı vəziyyətdən də danışıb. Qeyd edib ki, Moskva hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atır: "İnanırıq ki, tərəflər üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”. Zaxarova əlavə edib ki, Rusiya ərazisində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq. Məlumat üçün deyək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Bakıda səfərdədir. Azərbaycanda görüşlər keçirən Fransa nümayəndəsi Bakıdan sonra İrəvana səfər edəcək.

Qərb və Rusiyanın vasitəçilik təşəbbüsü uğrunda mübarizəsini "Şərq"ə təhlil edən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, məhz 44 günlük müharibədəki qələbədən sonra həm Qərb, həm də Rusiya Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldı. Partiya rəhbərinin sözlərinə görə, buna rəğmən, üçtərəfli saziş imzalanan gündən bu yana Qərb və Rusiyadan rəsmi Bakıya təzyiq göstərmək cəhdlərini müşahidə etmişik:
"ABŞ, Avropa Birliyi, o cümlədən Rusiya çalışıb ki, Azərbaycan onların dediklərini qəbul etsin, müəyyən məsələlərdə güzəştə getsin və s. Ancaq rəsmi Bakı öz qətiyyətli mövqeyindən heç vaxt geri çəkilməyib və sonadək mübarizə aparıb. Son hadisələr də göstərir ki, regionda situasiya Azərbaycanın xeyrinə dəyişməkdədir. Uzun zamandır Laçın yolu ilə bağlı xəbərdarlıq edirdik, Qarabağ məsələsinin daxili işimiz olduğunu vurğulayırdıq. Lakin nə Qərb, nə də Rusiya bunu qəbul etmək istəmirdi. Bir neçə ay öncə Rusiya XİN başçısı Sergey Lavrov demişdi ki, Laçın yoluna rus sülhməramlıları nəzarət edir, onda görə də orada başqa qüvvələrə ehtiyac yoxdur. Azərbaycan Rusiyanın və Qərbin iradəsinin əksinə olaraq Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsini qurdu. Artıq yeni situasiya formalaşıb. O baxımdan ABŞ, Avropa ölkələri və Rusiya mövqelərinə yenidən baxmaq məcburiyyətindədir".
A.Nağı bəyan edib ki, Moskva buna sülhməramlı kontingentin komandanını dəyişərək reaksiya verdi:
"Kreml Volkovu general-polkovnik Aleksandr Lentsovla əvəzlədi. Yeni komandanın hansı missiya ilə Qarabağa göndərildiyini bilmirik. Xəbərlər yayılır ki, onun arvadı erməni əsillidir. Yaxın vaxtda hər şey aydınlaşacaq. Fransa xarici işlər nazirinin Cənubi Qafqaza səfəri və səfərə Bakıdan başlaması da təsadüfi deyil. Rəsmi Paris Azərbaycanla hesablaşmalı və bizim mövqeyimizi İrəvana qəbul etdirməlidir. Rusiyanın qısqanclığı, Qərbin regiona müdaxiləsinə hiddətlənməsi təbii haldır. Vasitəçilik təşəbbüsü uğrunda açıq mübarizə gedir. Ancaq Kreml anlamalıdır ki, rəsmi Bakının öz mövqeyi, yanaşması var. Nə Qərb, nə də Moskva bunu dəyişdirmək gücündədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region