Əsas səhv budur:“İdman müəllimlərini sorğulayan yoxdur”
Yusif Nəzərli
14:39 02.05.2023
Cəmiyyət
570
"Valideynlərin məlum hadisədən sonra narahatlığına haqq qazandırmaq olar".
Bunu "Sherg.az"a jurnalist İlhamə Həkimoğlu Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət nəticəsində dünyasını dəyişməsindən danışarkən deyib. Onun sözlərinə görə, adətən, insan ən dəyərli varlığını, övladını müəllimə həvalə edir:"Amma müəllimin hansı sertifikasiyadan, imtahandan keçərək, bu məqama gəlib, çatdığını sorğulayan yoxdur. Elə cəmiyyətin əsas səhvi budur.
Arxayınlıq yaranır. Halbuki dəfələrlə şahidi olmuşam, orta məktəblərimizdə psixoloji problemləri olan müəllimlər də dərs deyirlər. Hazırkı görüntülərə əsasən, həmin müəllimin psixoloji problemlərinin olub, olmadığını dəqiq deyə bilmərik. Amma videodan da göründüyü kimi, bir uşağı ölüm həddinə çatdırırsa, var. İdmanın çətin tərəflərinin mövcudluğu ilə özünə haqq qazandıra bilər.
Amma bu o demək deyil ki, 7 yaşlı uşağı öldürəcək dərəcədə çətin məşqlərə məruz qoymalıdır. Əsas problem təhsil müəssisələrindədir. İnsanlar övladlarını onlara həvalə etdiyi üçün məsuliyyət daşıyırlar. Analoji hadisə təəssüf ki, birinci dəfə deyil, baş verir.
Lakin sonuncu olacağına ümid edirəm. Belə halları müxtəlif şəkildə ört-basdır edirik. Bir neçə gün gündəmdə qalır, sonra unudulur. Təhsil müəssisələrinin insan yetişdirən qurum olduğunu qəbul ediriksə, deməli, vəziyyət yaxşı deyil. İlk növbədə də, müəllimlərin yaratdığı problemlər özünü faciələrlə göstərir. Azərbaycan cəmiyyətində qan tökülməyincə ayağa qalxmaq, səs çıxarmaq, reaksiya vermək yoxdur.
Çox zaman üz üzdən utanır. Müəllim uşağı vurursa, sükutla üstündən keçirilir. Amma görünür, çoxdan ayağa durmağın vaxtı gəlib. Lazım olanda etiraz edilməlidir. Müəllimlərin işə qəbulunda diqqətli davranmaq lazımdır. Müəllimin təhsili ilə yanaşı, tərbiyəsi də önəmlidir".
Qeyd edək ki, ötən gün Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət