"Daşımalarda istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq"
"Daşımalarda istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq"
Yusif Nəzərli
08:44 16.06.2023
Cəmiyyət
475
Azərbaycanda yaradılması planlaşdırılan yeni mexanizmlə sərnişin və yük daşımalarında istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunacaq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Bundan başqa, taksi sifarişi operatoru anlayışı qanuna gətirilir. Daşıyıcı, onun avtomobili və taksi sifarişi operatoru qanunla bir birindən fərqləndirilir. Daşıyıcıya buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, operatora isə icazə verilir. İcazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir (ümumi sənədlər “Lisenziyalar və icazələr haqqında” qanuna müəyyən edilib).
Əlavə olaraq daşıyıcılardan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədlər, sürücünün narkotikə qarşı tibbi müayinənin nəticəsi barədə məlumat, sürücülərin hazırlıq keçməsini təsdiq edən sənədlər tələb olunacaq.
Taksi sifarişi operatoru fəaliyyətinə icazə üçün onun istifadə etdiyi proqramlar barədə məlumatların, taksi sifarişi xidmətinin göstərilməsi üçün ölkə ərazisində yerləşən filial və yaxud nümayəndəliyi barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual