
“Övladlarının cinsi münasibət cədvəlini....” - Cəmiyyətimizin faciəsi
Yusif Nəzərli
12:11 16.06.2023
Cəmiyyət
989
"Gəlin evləndikdən 3 ay sonra təbii yolla hamilə hələ qalmırsa, sonsuz damğası vururlar".
Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı 21 yaşlı qızın ana ola bilmədiyi üçün intihar etməsindən danışarkən deyib. Onun sözlərinə görə, insan evləndikdən sonra orqanizmin özünə gəlməsi, adaptasiyası üçün müəyyən prosesi keçməsi tamamilə normaldır:
"Yeni evli xanım təbii yolla hamilə qalmırsa, tibbi dəstək almasında da qeyri-adi heç nə yoxdur. Hazırda müasir tibb elmi sözügedən problemlərin aradan qaldırılmasına yardımçı olur. Niyə 21 yaşında bir qadın övladının olmamasını özünə dərd edir?! Təbii ki, ətrafın stiqması, xüsusilə, ailə böyüklərinin qınağı onları ölümə sürükləyir. Hətta gəlinin menstrual tsiklini hesablayan qayınatalar, oğlu ilə həyat yoldaşının cinsi münasibət cədvəlini tərtib edən qayınanalar görmüşük.

Əslində bu kimi çox faktlara şahid olmuşuq. Sadəcə hər şeyi deyə, yaza bilmirik. Həkimlər, sosioloqlar, jurnalistlər yazılarında, çıxışlarında ailə böyüklərini başa salmağa çalışır. Lakin anlamaq istəmirlər. Sanki uşaq olmasa, ailə "ailə" kimi qəbul edilmir. Övladı olmayan xoşbəxt cütlüklər çoxdur. Amma ətrafları onlara mehriban, bəxtəvər olmağa imkan vermirlər. Kimi təzyiqlərə dözür, insanların fikirlərini önəmsəmir və həyat yoldaşı ilə biri-birini dəstəkləyərək, ailə yolunda davam edir. Kimi də ya intihara əl atır, ya da boşanır".
Qeyd edək ki, Ağdamda 21 yaşlı qız intihar edib. Rayon sakini 2002-ci il təvəllüdlü Sənurə Səmədova övladı olmadığı səbəbindən özünü asıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya