Yevlaxda mal-qara oğurlamaqda şübhəli bilinənlər saxlanılıb
04:56 12.08.2023
Hadisə
491
Yevlax rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaramanlı kəndindəki fermaların birindən 20 baş xırdabuynuzlu heyvanın itməsi ilə bağlı məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və heyvanların həmin fermada əvvəllər işləyən şəxslər tərəfindən oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən, Şəki rayon sakini İlqar Həşimov saxlanılıb, onunla əlbir olan digər şəxsin isə şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bundan başqa rayonun Yuxarı Bucaq kəndində yerləşən şəxsi təsərrüfatdan isə 2 baş iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, həmin kənd sakinləri Zaur Əjdərli və Vüsal Cəfərov saxlanılıblar. Onların iribuynuzlu heyvanları mal bazarında dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Bu əməliyyatlar zamanı vətəndaşlara 6 min manatdan artıq ziyan dəydiyi aşkar edilib. Dəymiş ziyanın tam aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət