Qaribaşvili: Azərbaycan dəyərli qonşumuz və strateji tərəfdaşımızıdır
11:27 24.11.2023
Gündəm
427
“Azərbaycan dəyərli qonşumuz və strateji tərəfdaşımızdır”.
APA xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığa malikdir və bunu daha da şaxələndirmək istəyir.
Gürcüstan Baş naziri vurğulayıb ki, SPECA platforması tranzit və logistika sahəsində əməkdaşlıq üçün vacib platformadır.
Orta Dəhliz layihəsi ilə bağlı Gürcüstan Baş naziri qeyd edib ki, bu layihənin reallaşmasında Gürcüstan maraqlıdır:
“Biz coğrafi baxımdan çox cəlbedici yerdəyik. Biz bu imkanlardan sülh, sabitlik və iqtisadi böyümə üçün istifadə etməliyik. Biz bu sahəyə investisiya qoymağa hazırıq, Gürcüstan hökuməti avtomobil və dəmir yollarına investisiyalar qoyub və yeni konsepsiyalar üzərində işləyir. Boru potensialımızın inkişafı üzərində işləyirik. Qara dəniz vasitəsilə elektrik xəttinin çəkilməsi bütün region üçün çox vacib layihə olacaq. Mənim hökumətim Şərq və Qərb arasında şose yolunun çəkilməsinə investisiya qoyur, Tbilisidə yeni hava limanı tikirik. Ölkəmiz bu illər ərzində enerji tranzitində etibarlı tərəfdaş olub. Biz həmçinin, xam neftin Cənubi Qafqazla daşınmasına təminat veririk. Biz Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsində maraqlıyıq”.
Qaribaşvili Azərbaycanla əməkdaşlığa da toxunub.
“Bu il bizim Azərbaycanla ticarət dövriyyəmiz 16 faiz artıb, 1,2 milyard dollara çatıb, Mərkəzi Asiya ilə ticarət dövriyyəmiz ötən il 50 faiz artıb, bu ilin ilk 10 ayında da bu rəqəm 1,4 milyard dollara çatıb. Sülhü, sabitliyi, iqtisadi artımı dəstəkləmək bizim hökumətimizin məqsədidir. Biz xarici siyasətdə praqmatik yanaşmanı seçmişik. Bizim iqtisadiyyatımız ötən il 10 faiz artıb, bu il 7 faiz artım olub, ÜDM artıb, inflyasiya azalıb.
Biz Aİ ilə əməkdaşlığımız genişləndiririk, bir sıra sənədlər imzalamışıq və dekabr ayında Aİ-yə namizəd statusu alacağımızı gözləyirik”, - Qaribaşvili əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət