Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısına bəraət istənilib
Yusif Sultanoğlu
13:35 28.11.2023
Hadisə
629
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda vəkillər çıxış edib.
Təqsirləndirilən Turkut İlknurun vəkili Xavər İsmayılova çıxışı zamanı məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsin hamilə olduğunu və himayəsində azyaşlı uşağın olduğunu nəzərə alaraq ona bəraət verilməsini istəyib.
Təqsirləndirilən Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir ildə 20 dəfə onun ev dustaqlığına buraxılması barədə vəsatətinin təmin edilmədiyini bildirib. O, məhkəmədən hökm zamanı onun ictimai nüfuzlu şəxs olduğunu, "Tərəqqi" ordeni ilə təltif edildiyini, iki ali təhsilinin olduğunu və hazırda onkoloji xəstə olmasının nəzərə alınmasını istəyib.
Təqsirləndirilən şəxslər A. Əliyeva və İ. Turkut son söz üçün məhkəmədən vaxt istəyiblər.
Proses dekabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Əliyevanın (Turkut) isə məhkəmə zalında həbs edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat