İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
Yusif Sultanoğlu
11:48 02.12.2023
Gündəm
481
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədi İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və CAREC-in direktoru Kabir Jurazoda imzalayıblar.
İmzalanma mərasimində nazir müavinləri, millət vəkilləri, dövlət qurumlarının rəsmi nümayəndələri, aidiyyəti ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
V.Qasımlı İİTKM ilə CAREC arasında əməkdaşlığın əhəmiyyətindən danışıb və bu memorandumun iki qurumun birgə fundamental tədqiqatlar aparmasına və irimiqyaslı layihələrin həyata keçirməyə imkan verəcəyini bildirib.
O, birgə həyata keçiriləcək layihələrin bütövlükdə region ölkələrinin inkişafına və bu ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına töhfə verəcəyini vurğulayıb.
K.Jurazoda öz növbəsində, təmsil etdiyi qurumun Azərbaycanın beyin mərkəzləri, o cümlədən İİTKM ilə əməkdaşlığa böyük önəm verdiyini və ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
İmzalanma mərasimi çərçivəsində İİTKM və Karpaz İqtisadi Forumunun birgə layihəsi olan “Orta dəhliz: mövcud vəziyyət və gələcək perspektivlər” kitabının hazırlanmasında CAREC İnstitutu ilə əməkdaşlıq potensialı da müzakirə olunub. CAREC regionundan müəlliflərin tədqiqata cəlb olunması sahəsində əməkdaşlıq imkanları, eləcə də, regionda üzləşilən bir sıra iqtisadi çağırışlar üzrə birgə tədqiqatların aparılması, seminar və təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Memorandum iki qurum arasında bilik mübadiləsi aparmaq, istehsal və xidmət sahələrində yaxın əməkdaşlıq və məsləhətləşmələri inkişaf etdirmək, bu yolla regional inkişafa və inteqrasiyaya töhfə vermək istiqamətində həyata keçiriləcək tədbirləri, o cümlədən müxtəlif formatlı tədbirlərin təşkili, birgə tədqiqatların aparılması, çap materiallarının hazırlanması və digər məsələləri ehtiva edir.
Qeyd edək ki, CAREC İnstitutu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Nazirlər Konfransının nəzdində fəaliyyət göstərən, bilik və təcrübə mübadiləsi yolu ilə regional əməkdaşlığı və inteqrasiyanı təşviq edən hökumətlərarası təşkilatdır.
Bölgənin aparıcı beyin mərkəzi kimi tanınan institut regionun ortaq gələcəyini və davamlı inkişafını dəstəkləyir. CAREC Proqramı 11 ölkənin – Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın ortaq platformasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol