Arif Hacılı və İqbal Ağazadə namizəd olacaq? - Açıqlama
Yusif Nəzərli
07:48 14.12.2023
Siyasət
521
Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün siyasi partiyalarda artıq müzakirələr başlayıb.
Müsavat Partiyasının sədri Arif Hacılı Axar.az-a bildirib ki, növbədənkənar prezident seçkilərində iştirak etməklə bağlı məsələ partiyanın toplantısında müzakirə olunub.
“Təbii ki, hər bir siyasətçi və siyasi təşkilat seçkilərdə iştirak etməkdə maraqlıdır. Sadəcə olaraq demokratik seçki mühitinin, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmaması, Seçki Məcəlləsində olan problemlər və digər bu tipli məsələlər bizim növbədənkənar prezident seçkilərində iştrakımızla bağlı tərəddüd yaradır. Biz hələlik ümumi vəziyyəti öyrənib, partiya strukturlarında müzakirələr aparırıq. Artıq partiyanın bir neçə toplantısı keçirilib və bu toplantılarda seçkilərdə iştrakımızla bağlı yekun qərar verilməyib. Yaxın vaxtlarda seçkilərdə iştirak edib-etməməyimizlə bağlı qərarımızı açıqlayacağıq”, - A.Hacılı qeyd edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə da prezident seçkilərində iştirak etməkla bağlı partiyanın bir neçə dəfə toplantı keçirdiyini, ancaq yekun qərar qəbul edə bilmədiklərini vurğulayıb:
“Bizim əsas məqsədimiz növbədənkənar prezident seçkilərində iştirak etməkdir. Seçkilərdə hansı formada iştirak edəcəyimiz isə İdarə Heyətinin qərarından asılı olacaq. İdarə Heyətinin iclasını keçirdik, lakin prezident seçkilərində iştirak etməklə bağlı qərar qəbul edə bilmədik. Çünki İdarə Heyətində müxtəlif fikirlər var. Buna görə də İdarə Heyəti partiyanın rayon təşkilatları ilə məsləhətləşmək üçün vaxt istədi. Gələn həftənin axırına qədər İH-ə məsləhətləşmələr aparmaq üçün vaxt verilib”.
ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəklər:
“Seçkilərdə iştirak etməmək kimi fikrimiz yoxdur. Biz istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəyik. Lakin hansı formada və necə iştirak etməyimizlə bağlı qərar İdarə Heyətinin toplantısında veriləcək. Biz seçkilərdə vətəndaş aktivliyində və vətəndaşların öz səsvermə hüququndan istifadə etməsində maraqlıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm