SN: Elektron resept pulsuz dərmanla təmin olunan şəxslərə şamil olunmayacaq
SN: Elektron resept pulsuz dərmanla təmin olunan şəxslərə şamil olunmayacaq
12:57 17.01.2024
Sosial
453
Yanvarın 1-dən artıq elektron resept sisteminin tam tətbiqi həyata keçirilir.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib.
“Bundan sonrakı dövrdə artıq reseptlərin sadəcə rəqəmsal, yəni elektron qaydada qəbulu olacaq. Artıq elektron reseptsiz heç bir aptek şəbəkəsindən dərman vasitəsini əldə etmək mümkün olmayacaq”.
O bildirib ki, sistemə bütün dövlət və özəl tibb müəssisələrinin, əczaçılıq şəbəkələrinin inteqrasiyası gözlənilir:
“Hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələri elektron reseptə keçid edib. Onlar vətəndaşlara reseptləri elektron qaydada təqdim edirlər. Hazırda mərhələli şəkildə bunun tətbiqi həyata keçirilməkdədir. Yaxın gələcəkdə bütün vətəndaşlar reseptlərini elektron qaydada əldə edə biləcəklər”.
Kəbutər Mövsümlü vurğulayıb ki, elektron resept dövlət tərəfindən pulsuz dərmanla təmin olunan şəxslərə şamil olunmayacaq:
“Həmin şəxslər əvvəlki kimi yaşayış ərazisi üzrə poliklinikaya müraciət edərək kağız resept yazdıra və dərmanları əldə edə biləcəklər”.
Möhür tələb edən reseptlərin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirən Kəbutər Mövsümlü deyib ki, bu, rəqəmsal reseptdə də nəzərə alınıb:
“Belə ki, resept yazıldıqdan sonra təsdiq üçün müəssisə rəhbərinə göndəriləcək və təsdiqdən sonra vətəndaş həmin resepti çap edə biləcək”.
Rəqəmsal reseptin tətbiqindən sonra dərman dövriyyəsinə nəzarət barədə danışan Kəbutər Mövsümlü deyib ki, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən təqib və izləmə sistemi yaradılıb ki, bunun vasitəsilə də dərman dövriyyəsinə birbaşa nəzarət təmin ediləcək:
“Burada dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olması, Tarif Şurası tərəfindən qoyulmuş qiymət həddindən aşağı və ya yuxarı satılması, həmçinin müddəti bitmiş dərman vasitələrinin ölkə ərazisinə daxil olmasına, eyni qaydada istehsal və idxal olunan dərman məhsullarına nəzarət olunacaq. Bu nəzarət dövlət tərəfindən QR kod vasitəsilə mümkün olacaq”.
O bildirib ki, rəqəmsal reseptdə yalnız Tarif Şurası ilə təsdiq olunmuş və qeydiyyata alınmış dərmanlar yazılacaq:
“Bu da firma dərmanlarının satılmasının qarşısını alacaq. Həmçinin bioloji qida əlavələri də elektron reseptdə yer almayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya