Hikmət Babaoğlu: “Müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır?”
Sürət həddi endiriləndə nə qazanırlar? - AÇIQLAMA
01:32 02.02.2024
Cəmiyyət
703
Sürət məhdudiyyətləri qoyanlar hesabat versinlər
Hikmət Babaoğlu: “Müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır?”
Hikmət Babaoğlu: “Müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır?”
"Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüzü zəhərləyirik, stress yaradır. Bizə “Avtomobil yolları haqqında” yeni qanun lazımdır". Bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bizim yollar dəyişib, insanlar artıb: “Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır. Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar bu günə qədər hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 km saat olanda qəza nə qədər olub, 90 km saat olanda nə qədər qəza olub? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress yaradır və sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib. İkinci məsələ odur ki, indi şəhərdə yolları zolaqlamaq dəbi düşüb. Deyirlər avtobus yoluna girmək olmaz. Bu hərəkət yolun yükgötürmə qabiliyyətini artırmır, yollarda tıxacı azaltmır".
Parlament üzvü qeyd edib ki, bu yaxınlarda Bakı-Sumqayıt yolunda yeni zolaq yaradıblar: "Bu, tıxacları artırıb, əlavə problem yaradır. Velosiped zolaqları yaradırıq, Qış Parkının yanında yeni velosiped yolu çəkiblər. Qış Parkıyla gedirsiniz, birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi, balkonu qabağa çıxır. Velosiped istifadəçisi də məcburdur ki, qırılan hissələrdə yenə avtomobil yoluna çıxsınlar. Bununla nəyə nail olmaq istəyirik, bəlli deyil? Yol zolağı genişləndirilmədən belə zolaqları çəkmək olmaz. Bununla məşğul olan subyekt zəhmət çəksin, hesabatı olsun. Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipi ilə yanaşmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya