OMON-çular azadlığa buraxıla bilər -ŞOK AÇIQLAMA
OMON-çular azadlığa buraxıla bilər -ŞOK AÇIQLAMA
Yusif Sultanoğlu
06:23 05.04.2024
Hadisə
496
Onlar arasında elələri var ki, 20 ildən artıqdır həbsdədirlər
“Ümid edirik ki, tərəfimizdən təqdim olunan müraciətlərə də müsbət yanaşılacaq və adları bizim siyahıda olanlara da Əfv fərmanı şamil ediləcək”
“Biz OMON-çuların azadlığa çıxacağını gözləyirik. Ümid edirik ki, bizim təqdim etdiyimiz siyahıda adları olan şəxslərlə bağlı müraciətlərə də baxılacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib. S.Bənənyarlı qeyd edib ki, Əfv Məsələləri üzrə Komissiyanın iclaslarının başlanması ümidvericidir:
- Müəyyən fasilədən sonra Əfv Komissiyasının iclasları yenidən başlayıb. Bildiyiniz kimi, ilk iclas keçirilib və 100-dən artıq müraciətə baxılıb. Komissiyanın işini yekunlaşdırması üçün daha 2-3 toplantı keçirilməlidir. Çünki müraciətlər çoxdur, onların hamısına baxmaq üçün vaxt tələb olunur. Belə hesab edirəm ki, Əfv Komissiyasının toplantılarını yekunlaşdırması may ayınadək davam edəcək. Yəqin ki, komissiyanın rəyi, müraciətlər cənab Prezidentə təqdim olunacaq. Əfv Fərmanının imzalanması birbaşa Prezidentin səlahiyyətidir. Zənnimcə, may ayında Əfv fərmanı imzalana bilər.
Əfv fərmanının kimləri əhatə edəcəyinə gəlincə, S.Bənənyarlı dəqiq fikir bildirməyin çətin olduğunu dedi:
- Biz öz tərəfimizdən siyahı təqdim edirik. Bizə daxil olan müraciətləri də komissiyaya yönləndiririk. Müraciətlərə baxılır, məhbuslar haqqında təqdim olunan rəylər də nəzərə alınır. Hesab edirəm ki, məsələn, hazırda həbsdə olan OMON-çular azadlığa buraxıla bilər. Görün, neçə il keçir həmin hadisələrdən. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib, Qarabağımız azaddır. Məncə, bu insanlar əfv edilməlidir. Onlar arasında elələri var ki, 20 ildən artıqdır həbsdədirlər, xəstə olanları var. Ümid edirik ki, tərəfimizdən təqdim olunan müraciətlərə də müsbət yanaşılacaq və adları bizim siyahıda olanlara da Əfv fərmanı şamil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm