Səməd Seyidov: Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir
Yusif Nəzərli
07:55 24.05.2024
Siyasət
345
Bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı məsələ barədə danışan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, bununla bağlı ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür: “Prezident İlham Əliyev dünyaya yeni düstur gətirir. Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir. Ona görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Bu gün bizim qürur günümüzdür”.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət