Bu tarixdə Azərbaycanda ətin qiyməti 25 manat olacaq
Bu tarixdə Azərbaycanda ətin qiyməti 25 manat olacaq
11:26 03.06.2024
Cəmiyyət
452
Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapıb. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır. Qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildirirlər.
Bəs Qurban bayramı ərəfəsində hansı tendensiya gözlənilir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bazarlarda 20 manata təklif olunan ət təmiz quzu əti deyil:
“Birinci ona aydınlıq gətirim ki, satışda 20 manata təklif olunan ət quzu deyil, toğlu ətidir. Quzu 6 ayını keçəndə ona toğlu deyilir. Bakının bir çox yerində quzu əti adı altında satdıqları ət məhz yetkin heyvan ətidir. Şəhər mühitində böyüyən adam bunu seçə bilmir. Əslində qoyunun ən yetkin və yeməli vaxtı elə həmin vaxtıdır. Quzu əti isə hazırda 25 manatdır. Bu qiymətdən aşağı quzu əti yoxdur. Quzu 6 aylığa qədər olan heyvana deyilir. Quzu ətinin bahalaşmasına gəlincə, əsas səbəb ölkədəki heyvan qıtlığıdır. İstər mal, istərsə də qoyun əti ilə bağlı ciddi qıtlıq var. Bu uzun illərdir davam edir və hazırda pik həddindədir”.
Ekspert bayram ərzində ət qiymətlərinin, o cümlədən də quzu ətinin bahalaşacağını qeyd edib:
“Amma bununla yanaşı bahalaşmaya təsir edən başqa amillər də var. Bunların bir çoxu keçici amillərdir. Onlardan biri də Qurban bayramıdır. Hazırda bayrama sayılı günlər qalıb. Bu dövrdə heyvan ətinin bahalaşması labüddür. Birincisi ümumi qıtlıq var, ikincisi isə bu dövrdə tələb-təklif artır. Bahalaşma tendensiyası heyvan ətinin topdan satış bazarlarında daha çox hiss olunacaq. Çünki bayramla bağlı insanlar diri heyvan almağa üstünlük verir. Tutaq ki, 20 kiloqramlıq toğlunu adi vaxt 400 manata almaq olurdusa, bayramda 420-430 manat olacaq. Ancaq düşünürəm ki, bayramdan sonra ət qiymətləri yenidən öz məcrasına qayıdacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət