
“Bizim ailəmiz Türk dünyasıdır...”
“Bizim ailəmiz Türk dünyasıdır...”
Yusif Nəzərli
07:31 08.06.2024
Gündəm
439
Yeni dünya nizamında ikili standartların ön planda olması, ayrı-ayrı güc mərkəzlərinin təzyiq və təhdid siyasəti qütbləşməyə gətirib çıxarır. Sülh və sabitlik istəməyənlər bu bloku getdikcə genişləndirirlər. Xüsusilə türkofobiyanın tüğyan etməsi, milli və dini dəyərlərin alçaldılması qlobal oyunçuları strateji müttəfiqlər seçməyə sövq edir. Məhz bu amillər nəzərə alınaraq Türk dünyasının bir yumruq kimi birləşməsi zəruridir. Eyni köklərə, ortaq dilə, dinə və irqə sahib xalqların birliyi olduqca böyük potensialın varlığından xəbər verir.
Tarixin bütün dövrlərində Türk xalqları birliyi prioritet olmuşdur. Enişlər-yoxuşlar olsa da müasir dövrümüzdə bu həmrəylik daha çox özünü göstərir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan məhz bu birliyin qurucularındandır. Keçmişə nəzər salsaq görərik ki, təzyiqlərə, bəşəri cinayətlərə məruz qalmasına rəğmən türk dünyasının ümid işığı sönməmişdir. Belə ki, 1937-1938-ci illərdə, xüsusilə sovet dönəminin repressiya dalğasının tüğyan etdiyi dönəmlərdə türkdilli xalqların ən fəal nümayəndələri bu məfkurə uğrunda canlarından keçmişlər. Bu xalqlar qəlbində heç zaman alovu sönməyən Türk dünyası birliyi ideyasını qoruyub saxlamağı bacarmışlar. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan dövlətləri öz müstəqilliklərini əldə etdikdən sonra bu ideya daha geniş vüsət almışdır.
Şübhəsiz ki, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası bütün türk dünyasının qələbəsi kimi qəbul edilir. Xüsusilə, qardaş Türkiyənin Azərbaycana dəstəyi, regiondakı Türkiyə-Azərbaycan tandemi yeni mərhələdə sülh və sabitliyin qarantına çevrilib.
Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir.
Ölkəmizin reallaşdırdığı siyasət müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Prezident İlham Əliyev çıxışı zamanı bununla bağlı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Akif Teyli, Əməkdar müəllim
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya
Qızıl ucuzlaşmaqda davam edir
20:08 28.09.2026
İqtisadiyyat