ABŞ narahatdır: İran İsrailə hücum edəcək...
ABŞ narahatdır: İran İsrailə hücum edəcək...
07:53 02.08.2024
Dünya
583
Ağ Ev əmindir ki, İran bu həftənin əvvəlində HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən yazıb.
“Bu əməliyyata Hizbullah da qoşula bilər. Hizbullah lideri Həsən Nəsrullah Haniyənin məhv edilməsi əməliyyatına cavab verəcəyini vəd edib”, - məlumatda qeyd olunub.
Nəşr qeyd edir ki, Bayden administrasiyası yaranmış vəziyyətdən narahatdır:
“Ağ Ev İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin çətin olacağını düşünür. Haniyənin öldürülməsi İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu, bölgədə İsrail əleyhinə güclü əhval-ruhiyyəni artırıb.
İyulun 31-də ABŞ kəşfiyyatı İranın Haniyənin öldürülməsinə görə cavab verəcəyinə dair aydın siqnallar alıb. İranlıların İsrailə hücum hazırlığı günlər çəkə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə