
Şərif Ağayar: Doğulduğum şəhərin mədəniyyət paytaxtı seçilməsi mənim üçün qürür mənbəyidir
13:23 09.10.2024
Mədəniyyət
1141
Bildiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib ki, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Bununla bağlı Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Cənap Prezident qeyd edib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
Əslən Laçından olan, yazıçı Şərif Ağayar “Sherg.az”a söyləyib ki, Laçın Şəhərinin MDB ölkələrinin mədəniyyət paxtaxtı seçilməsi böyük hadisədir:

“Mən həmişə Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra işğaldan azad edilən ərazilərdən bütün dünyaya sülh və mədəniyyət mesajları verməyimizi arzulamışam. Bununla biz Postsovet məkanında olan ölkələrə göstəririk ki, torpaqlarımıza müharibə, dava və kiminsə evini dağıtmaq üçün qayıtmamışıq. Zəngəzur torpaqları Üzeyir Hacıbəyli, Xosrov, Sarı Aşıq kimi böyük şəxsiyyətlər yetişdirib. Azərbaycan həmin ərazilərdə öz mədəniyyətini dirçəldəcək və tarixi abidələrimizi dünyaya tanıdacağıq. Ümumiyyətlə Azərbaycanın niyyəti sülh, əmin-amanlıq və mədəniyyətdir. Mədəniyyət olan yerdə qan və silah olmur. Laçının belə bir status qazanması da bu mənada çox sevindiricidir. Doğulduğum şəhərin genişmiqyaslı mədəniyyət paytaxtı seçilməsi mənim üçün qürür mənbəyidir. Eyni zamanda bu yolda əlimdən gələn heç nəyi əsirgəmərəm. Yəni qələm sahibi olaraq tədbirlərin keçirilməsində, işıqlandırılmasında, təbliğində yaxından iştirak etməyə hazıram. İndiyə qədər “Hoçazfilm” studiyasında Xosrov bəy haqqında sənədli filmin ssenarisini hazırlamışıq. Qayıdışla bağlı tammetrajlı filmlə bağlı böyük layihəmiz də Mədəniyyət Nazirliyində qalib olub. Təəssüflər olsun ki, həmin filmin çəkilişləri müəyyən səbəblərə görə yubanır. Amma Laçının belə paytaxt seçilməsi yarımçıq qalan prosesləri sürətləndirəcək. Laçının MDB-nin mənədiyyət paytaxtı seçilməsi münasibətiylə laçınlıları və bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, Laçın gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtı seçilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya